20 Yanvar – Milli Ləyaqətin, Azadlıq İradəsinin və Qəhrəmanlığın Tarixi Simvolu
19.01.2026 [15:19]
20 Yanvar faciəsi Azərbaycan xalqının müasir tarixində həm ən ağır, həm də ən şərəfli səhifələrdən biri kimi qalır. Bu hadisə təkcə dinc əhaliyə qarşı törədilmiş qanlı cinayət deyil, eyni zamanda xalqımızın azadlıq iradəsinin, milli ləyaqətinin və müstəqillik əzminin sarsılmazlığını nümayiş etdirən tarixi dönüş nöqtəsidir. Sovet totalitarizminin Bakıda törətdiyi qırğın Azərbaycan xalqının yaddaşına qanla yazılmış faciə olmaqla yanaşı, milli oyanışın və azadlıq mübarizəsinin simvoluna çevrildi. 1990-cı ilin yanvar hadisələri təsadüfi xarakter daşımırdı. Bu faciəyə aparan yol 1987-ci ildən başlayaraq azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri və regionda məqsədli şəkildə yaradılan gərginliklə müşayiət olunmuşdu. Mərkəzi Sovet hakimiyyəti yaranmış vəziyyəti hüquqi-siyasi müstəvidə nizamlamaq əvəzinə, xalqın haqlı etirazını zor gücü ilə susdurmaq yolunu seçdi. Bununla da dinc əhaliyə qarşı hərbi müdaxilə insanlıq əleyhinə ağır cinayət səviyyəsinə yüksəldi. 1990-cı ilin yanvarında Bakıya və respublikanın bir sıra rayonlarına SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin 66 mindən artıq hərbçisi yeridildi. Qoşun hissələri Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirildi. Fövqəladə vəziyyət elan edilməmişdən əvvəl şəhərə daxil olan hərbi birləşmələr tanklardan, zirehli texnikadan və müxtəlif silahlardan istifadə edərək qadın, uşaq, qoca demədən günahsız insanları amansızcasına qətlə yetirdilər. Bu fakt hadisənin əvvəlcədən planlaşdırıldığını və hüquqi çərçivədən kənar icra edildiyini açıq şəkildə göstərirdi. Yanvarın 19-dan 20-nə keçən gecə birbaşa SSRİ rəhbərliyinin, Mixail Qorbaçovun əmri ilə “Bakı əməliyyatı” həyata keçirildi. Əhaliyə fövqəladə vəziyyət barədə yalnız səhər saat 5:30-da məlumat verildi. Halbuki hərbi əməliyyatlar artıq axşam saat 21-dən başlamış, şəhər tankların, zirehli maşınların və desant qüvvələrinin hücumuna məruz qalmışdı. Fövqəladə vəziyyət elan olunmamışdan əvvəl 82 nəfər qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdı. Qanlı Yanvar nəticəsində ümumilikdə 147 nəfər həlak oldu, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi. Yüzlərlə yaşayış evi, onlarla nəqliyyat vasitəsi, o cümlədən təcili tibbi yardım maşınları məhv edildi, dövlət və şəxsi əmlaka milyonlarla rubl məbləğində maddi ziyan vuruldu. Bu rəqəmlər təkcə statistika deyil, sarsılmış ailələrin, yarımçıq qalmış talelərin və məhv edilmiş həyatların acı göstəricisidir.
Faciədən dərhal sonra xalqla həmrəy olduğunu açıq şəkildə bəyan edən siyasi lider Ümummilli Lider Heydər Əliyev oldu. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək 20 Yanvar hadisələrini hüquqa, demokratiyaya və humanizmə zidd olan ağır cinayət kimi qiymətləndirdi. Ulu Öndər bu faciənin həm mərkəzi Sovet rəhbərliyinin, həm də o dövrkü respublika rəhbərliyinin məsuliyyətsizliyi və xəyanətkar mövqeyi nəticəsində baş verdiyini qətiyyətlə bildirdi. İnformasiya blokadasına baxmayaraq, bu cəsarətli mövqe xalqın qəlbində ümid çırağını yandırdı. Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü il martın 29-da isə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə rəsmi siyasi-hüquqi qiymət verildi. Qəbul olunan qərarlarda həmin hadisə totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi təsbit edildi, günahkarlar konkret şəkildə göstərildi. Bu, tarixi ədalətin bərpası yolunda mühüm addım oldu.
20 Yanvar şəhidlərinin xatirəsi dövlət səviyyəsində daim uca tutulur. Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması, Bakının Yasamal rayonunda memorial abidənin yaradılması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi bu ehtiramın bariz ifadəsidir. Şəhid ailələrinə və hadisələr zamanı əlillik almış şəxslərə göstərilən sosial qayğı dövlətin onlara olan borcunun real təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl sosial islahatlar bu qayğının praktiki nəticələrini ortaya qoyur. 20 Yanvar faciəsi yalnız hüzn günü deyil. Bu tarix Azərbaycan xalqının ləyaqətini qoruduğu, tankların qarşısına qorxmadan çıxdığı, milli kimliyini və azadlıq iradəsini dünyaya nümayiş etdirdiyi gündür. Məhz həmin qanlı gecədən sonra müstəqillik ideyası dönməz xarakter aldı və xalq öz gələcəyini azad, suveren dövlət kimi qurmaq yolunu seçdi.
Bu gün 20 Yanvar hadisələrinə zaman məsafəsindən baxdıqca, onun milli kimliyin formalaşmasında, dünya azərbaycanlılarının təşkilatlanmasında və müstəqillik ideyasının möhkəmlənməsində oynadığı rol daha aydın görünür. 2020-ci ildə qazanılan tarixi Qələbə, 2023-cü ildə suverenliyimizin tam bərpası göstərdi ki, şəhidlərin qanı hədər getmədi. Azərbaycan bu gün güclü Ordusu, güclü dövləti və qətiyyətli lideri olan qalib ölkədir.
Zaman keçsə də, 20 Yanvar Azərbaycan xalqının yaddaşında canlı və sarsıdıcı tarix olaraq qalır. Hər il minlərlə insan Şəhidlər Xiyabanına axışaraq şəhidlərin xatirəsini dərin ehtiramla yad edir. Bu izdiham xalqın öz tarixinə, mübarizə yoluna və azadlıq uğrunda canından keçən oğul və qızlarına sədaqətinin ifadəsidir. 20 Yanvar təkcə hüzn deyil, həm də milli birlik, mənəvi güc və qürur rəmzidir.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30

