20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr edilmiş tədbir keçirilib
19.01.2026 [17:01]
19 yanvar 2026-cı il tarixdə YAP Tərtər rayon təşkilatının inzibati binasında YAP Tərtər rayon təşkilatı və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinin 36-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon təşkilatının əməkdaşları, ƏPT sədrləri, rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin və 20 yanvar faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.
Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının müasir tarixində 20 Yanvar faciəsi xüsusi yer tutur. 1990-cı ilin 20 yanvar gecəsi sovet imperiyasının totalitar rejimi tərəfindən Bakıda və ölkənin bir sıra bölgələrində dinc əhaliyə qarşı həyata keçirilən hərbi müdaxilə nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilmiş, minlərlə insan yaralanmışdır. Bu qanlı hadisə Azərbaycan xalqının azadlıq və müstəqillik arzularını boğmaq məqsədi daşısa da, əksinə, milli iradəni daha da gücləndirmiş, müstəqillik yolunda dönüş nöqtəsinə çevrilmişdir.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev 36 il öncə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun və xüsusi təyinatlı birləşmələrinin, habelə daxili qoşunların kontingentinin Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarına yeridilməsi nəticəsində dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı amansız qırğınlar törədildiyini qeyd etmişdir. Həmiçinin çıxışda hərbi təcavüz nəticəsində 147 dinc sakin həlak olduğu, 744 nəfər ağır yaralandığı, 4 nəfər isə itkin düşdüyü qeyd edilmişdir. 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin ertəsi günü - yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi.
Sonra rayon icra hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ülvü Nəcəfov çıxış edərək Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktından, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə düşmüş faciə qurbanlarından danışmış, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirib.
Sonra DAİM ƏPT-nın sədri Mehman Babayev, Əksipara ƏPT-nın sədri Elvin Məhərli, İrəvanlı ƏPT-nın sədri Lətifə İbrahimova, rayon mərkəzi xəstəxanası ƏPT-nın sədri Nailə Həsənova, Qaz İstismar İdarəsi ƏPT-nın sədri Kəmalə Baxşəliyeva çıxış ediblər. Çıxışlarda 20 yanvar faciəsinin müstəqilliyə aparan yolun başlanğıcı olduğu vurğulanıb və 20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün respublikamızda görülən işlərdən, dövlət tərəfindən onlara ayrılan sosial paketlərdən və imtiyzlardan da söhbət açılıb, onların xatirəsinin hər zaman əziz tutulduğu qeyd olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17

