Regional və Qlobal səviyyədə sayılan aktor
22.01.2026 [17:31]
2026-cı il 20 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində Davos şəhərində “Euronews” televiziyasına ictimaiyyət üçün mühüm və ciddi mesajlar daşıyan eksklüziv müsahibə verdi. Bu müsahibə yalnız Azərbaycanın cari xarici siyasətinin əsas istiqamətlərini deyil, həm də qlobal geosiyasi və regional proseslərin yeni mərhələdə necə formalaşdığını nümayiş etdirdi.
Cənab Prezident müsahibəsində bildirdi ki, çox təəssüf ki, bu gün beynəlxalq münasibətlər sistemi “qanunun aliliyi” prinsipi ilə deyil, daha çox “güc qaydası” ilə idarə olunan yeni bir dövrə qədəm qoyur. O, vurğuladı ki, dünyada baş verən dəyişikliklər göstərir ki, ölkələr öz potensiallarına əsaslanan strategiyalar müəyyən etməli və daha geniş miqyasda münasibətlər qurmalıdırlar. Bu kontekstdə Azərbaycan artıq öz regional və qlobal rolunu möhkəmləndirib və müxtəlif sahələrdə strateji tərəfdaşlıqlar inkişaf etdirir.
Prezident beynəlxalq sistemdəki bu dinamikliyi qeyd edərək dedi: “Hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır və mümkün qədər çox ölkələrlə — ilk növbədə bölgədə, sonra isə qlobal müstəvidə — yaxşı münasibətlər qurmalıdır.” Müsahibə zamanı cənab İlham Əliyev Azərbaycanın bu prinsiplər əsasında uğurla fəaliyyət göstərdiyini vurğuladı və ölkənin regionda sabitlik, əməkdaşlıq və iqtisadi inteqrasiya təşəbbüslərini prioritet hesab etdiyini bildirdi.
Möhtərəm Prezident müsahibədə xüsusi olaraq Cənubi Qafqazdakı proseslərə də toxundu. O, qeyd etdi ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlər artan əməkdaşlıq xarakteri alır və bu, regionda uzunmüddətli sülh və təhlükəsizliyə yol açan mühüm addımdır. Prezidentin sözlərinə görə, bu münasibətlərin inkişafı iqtisadi, nəqliyyat və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Regionda sabitliyin önəmi mövzusuna da toxunan cənab İlham Əliyev İranda baş verən qeyri-sabitliklə bağlı narahatlığını da ifadə edərək bildirdi ki, Azərbaycan üçün sabitlik və sülh ən böyük sərvətlərdən biridir. Dövlət başçısı vurğuladı ki, Azərbaycan bu təcrübəni post-münaqişə dövründə inkişaf etdirərək öz xalqının rifahını yüksəltmək üçün bütün resurslarını səfərbər edib.
Cənab Prezident müsahibənin bir başqa vacib hissəsini Avropa institutları ilə münasibətlərə həsr etdi. O, qeyd etdi ki, Azərbaycan artıq bir müddət əvvəl Avropa Parlamentinin tənqidi münasibətlərinə reaksiya verməyi dayandırıb. Bununla yanaşı, Azərbaycan Avropa Komissiyası ilə əməkdaşlığını davam etdirir, çünki bu əlaqələr Azərbaycanın xarici siyasətində müsbət və praktik nəticələr verir.
Davos forumunda cənab İlham Əliyev bu çıxışı ilə beynəlxalq ictimaiyyətə mesaj verdi ki, Azərbaycan yalnız regional, həm də qlobal səviyyədə güclü, müstəqil və proqnozlaşdırıla bilən aktor kimi çıxış edir, qlobal enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya və sabitlik məsələlərində fəal rol oynayır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05

