Yeni regional nizamın yol xəritəsi
17.03.2026 [16:23]
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri
Azərbaycan artıq uzun illərdir ki, dünya siyasi arenasının mühüm intellektual və diplomatik mərkəzlərindən birinə çevrilmişdir. 12 mart 2026-cı il tarixində paytaxt Bakıda öz işinə başlayan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu bu missiyanın növbəti parlaq təzahürü oldu. Forumun açılış mərasimində geniş və proqram xarakterli nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm regionun gələcəyi, həm də qlobal təhlükəsizlik arxitekturası ilə bağlı mühüm mesajlar verdi. Dövlət başçısının çıxışı müasir dövrün çağırışlarına cavab verən, hərbi zəfərin diplomatik uğurla necə tamamlandığını göstərən mükəmməl bir strateji analiz idi. Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğuladı ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Bu, sadəcə bəyanat deyil, ölkəmizin onilliklər boyu apardığı siyasətin təməl daşıdır. Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada sabitliyi qorumaq, işğal faktorunu aradan qaldırmaq və milli maraqları müdafiə etmək Azərbaycan dövlətinin əsas hədəfi olmuşdur. Dövlət başçısı qeyd etdi ki, əgər regionda təhlükəsizlik təmin olunmasa, nə iqtisadi inkişafdan, nə də beynəlxalq əməkdaşlıqdan söhbət gedə bilər. Azərbaycanın bu sahədəki qətiyyəti regionun gələcək taleyini müəyyən edən əsas amildir. Bu kontekstdə, biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Prezidentin bu fikri beynəlxalq hüququn tətbiqi mexanizmlərinin işləmədiyi bir dövrdə “güc amili” və “haqlı tərəf” balansının necə qurulmasına dair dərslik mahiyyətindədir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələrini hərbi-siyasi yolla özü icra etdi. Lakin hərbi qələbədən dərhal sonra Bakının Ermənistana sülh əli uzatması, məsələnin siyasi müstəvidə həllinə sadiqliyini göstərir. Xüsusilə diqqət çəkən məqamlardan biri vasitəçilik institutuna münasibət oldu. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq. Onilliklər boyu münaqişəni dondurmağa çalışan, hər iki tərəfə fərqli vədlər verən xarici aktorların müdaxiləsi olmadan Bakı və İrəvanın birbaşa dialoqu daha effektiv nəticələr verdi. Bu, Azərbaycan diplomatiyasının "regional problemlərin regional həlli" prinsipinə nə dərəcədə sadiq olduğunun sübutudur. Bu birbaşa dialoqun nəticəsi olaraq, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Bu fakt göstərir ki, artıq sülh prosesi geri dönməz xarakter alıb və tərəflər arasında hüquqi çərçivə formalaşdırılıb. Prezident çıxışında humanitar və konstruktiv addımlara da toxundu. O qeyd etdi ki, biz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırdıq. Bu, Azərbaycanın düşmənçilik səhifəsini bağlamaq və normal qonşuluq münasibətləri qurmaq istəyinin real əməlidir. Blokadanın aradan qaldırılması və kommunikasiyaların açılması bütün regionun rifahına xidmət edəcək. Biz artıq sülhün üstünlüklərini görürük. Sərhədlərin delimitasiyası prosesindəki irəliləyişlər, bölgədəki gərginliyin azalması və investisiya mühitinin yaxşılaşması məhz bu sülh atmosferinin bəhrələridir. Dövlət başçısı iqtisadi və nəqliyyat perspektivlərinə də geniş yer ayırdı. Bildirildi ki, Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik. Zəngəzur dəhlizi və digər nəqliyyat marşrutlarının işə düşməsi Ermənistanı təcrid olunmuş vəziyyətdən çıxaracaq, Azərbaycanı isə qlobal logistik mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq. Azərbaycanın coğrafi mövqeyi və qurduğu müasir infrastruktur Avrasiya materikində yüklərin daşınması üçün ən təhlükəsiz və qısa yolu təmin edir. Qlobal çağırışlara gəlincə, İlham Əliyev vurğuladı ki, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Dünyanın müxtəlif nöqtələrində alovlanan münaqişələr, beynəlxalq təhlükəsizlik sisteminin aşınması hər bir dövləti öz müdafiə qabiliyyətini artırmağa sövq edir. Bununla yanaşı, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan Avropanın enerji xəritəsini dəyişən ölkə kimi, həm qaz təchizatında, həm də gələcəyin "yaşıl enerji" ixracatında həlledici rol oynayır. Prezidentin XIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın həm hərbi, həm diplomatik, həm də iqtisadi cəhətdən regionun lider dövləti olduğunu bir daha təsdiqlədi. Dövlət başçısı dünyaya mesaj verdi ki, Azərbaycan sülh tərəfdarıdır, lakin bu sülh ədalətə və milli maraqlara söykənməlidir. Ermənistanla münasibətlərdə əldə olunan irəliləyişlər, nəqliyyat dəhlizlərinin inkişafı və enerji təhlükəsizliyinə verilən töhfələr Azərbaycanın gələcək onilliklər üçün strateji baxışının əsas sütunlarıdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

