Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
10.12.2013 [09:19]
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında rayon təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov açaraq deyib ki, türk dünyasının böyük oğlu, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Azərbaycan xalqı hər zaman Ulu öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Onun sözlərinə görə, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. YAP Siyasi Şurasının üzvü A.Hüseynov deyib ki, Ümummilli liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb: “Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olub. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji xətt olaraq ölkəmizə və xalqımıza daim uğur gətirib. Zəngin hadisələrlə dolu gərgin dovrdə Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub”.
Aydın Hüseynov daha sonra Ulu öndərin Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsi, ölkəmizdə hüququn aliliyi prinsipinin bərqərar olmasındakı rolundan bəhs edib, milli dövlətçiliyimizin xilası üçün gördüyü tədbirlərdən danışıb. O, həmçinin, vurğulayıb ki, Heydər Əliyev dühası, əzəməti, Heydər Əliyev rəhbərliyinin qeyri-adiliyi onda idi ki, dağılmaq, parçalanmaq həddində olan Azərbaycanı, çökməkdə olan dövlətçiliyimizi qorudu, möhkəmləndirdi, inkişaf yoluna çıxırdı: “Bu gün Azərbaycan dövləti əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində yüksək inkişaf göstəriciləri əldə edib və dünya birliyində möhkəm etimad qazanıb”.
Daha sonra tədbirdə çıxış edən gənclər - Nəsrulla Quliyev, Racu Vəliyev, Elton İbrahimov, Arzu Mürsəliyeva, Emin Şıxəliyev və digərləri Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ümummilli liderimizin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı Azərbaycan müstəqilliyinin yeni tarixində ikinci mərhələnin - qəti dönüş mərhələsinin başlanğıcı oldu.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

