Azərbaycan-Türkmənistan münasibətləri: geosiyasi əməkdaşlıq və ortaq inkişaf hədəfləri
24.06.2026 [13:11]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan tərəfdaşlıqlar xüsusi əhəmiyyət daşıyır. Xəzər hövzəsinin iki mühüm dövləti olan Azərbaycan və Türkmənistan arasında formalaşan münasibətlər də məhz bu prinsiplərə əsaslanır. İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində dövlət başçılarının mətbuata verdikləri bəyanat iki ölkə arasında əlaqələrin strateji xarakter daşıdığını bir daha nümayiş etdirir. Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm hadisə kimi dəyərləndirilir.
Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər regional əməkdaşlığın əhəmiyyətini daha da artırıb. Xüsusilə Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının aktuallaşması Xəzər regionunun strateji əhəmiyyətini yüksəldib. Bu baxımdan Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş coğrafiyada sabitliyin və iqtisadi inkişafın təmin olunması baxımından mühüm önəm kəsb edir. Dövlət başçılarının görüşü çərçivəsində nəqliyyat, logistika, enerji və regional əməkdaşlıq məsələlərinin geniş müzakirə olunması bunun əyani göstəricisidir. İyunun 22-də keçirilən görüşlərdə tərəflər əməkdaşlığın bütün istiqamətləri üzrə fikir mübadiləsi aparıb və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər.
Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında iştirakına Türkmənistan tərəfindən göstərilən dəstək oldu. Dövlət başçısı bunu tarixi hadisə kimi qiymətləndirib. Bu gün Xəzər dənizi ətrafında formalaşan yeni əməkdaşlıq modeli Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və siyasi inteqrasiyanın genişlənməsinə şərait yaradır. Azərbaycan və Türkmənistan bu prosesdə aparıcı rol oynayan dövlətlər sırasındadır.
Müasir dünyada nəqliyyat-kommunikasiya xətləri dövlətlərin geoiqtisadi imkanlarını müəyyən edən əsas amillərdən biridir. Azərbaycan və Türkmənistan bu sahədə böyük potensiala malikdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu baxımdan Xəzər üzərindən keçən marşrutların inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistan yükdaşımaların artırılması, logistika imkanlarının genişləndirilməsi və üçüncü ölkələrdən tranzit yüklərin cəlb olunması istiqamətində fəaliyyətlərini daha sıx əlaqələndirmək barədə razılığa gəliblər. Bu əməkdaşlıq Orta Dəhlizin inkişafına, Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə və regionun beynəlxalq əhəmiyyətinin artmasına mühüm töhfə verir.
Azərbaycan və Türkmənistan zəngin enerji ehtiyatlarına malik dövlətlərdir. Xəzər hövzəsinin enerji potensialı hər iki dövlət üçün mühüm strateji üstünlük yaradır. Səfər çərçivəsində enerji sahəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub. İki dövlət arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair sənədlərin imzalanması bu istiqamətdə yeni imkanlar yaradır. Enerji sahəsində əməkdaşlıq təkcə iqtisadi dividendlər deyil, həm də regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycan və Türkmənistan arasında münasibətlər yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Humanitar əlaqələr də əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Son dövrdə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, yaradıcı kollektivlərin səfərləri, şəhərlərin qardaşlaşması və mədəni layihələrin həyata keçirilməsi xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edir. Dövlətimizin başçısı qeyd edib: “Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq”.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri bir daha nümayiş etdirdi ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Tarixi və mədəni yaxınlıq, siyasi etimad, nəqliyyat-logistika əməkdaşlığı, enerji layihələri və humanitar əlaqələr bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir. İki ölkə qarşıdakı illərdə də əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirərək regional sabitliyin, iqtisadi inkişafın və türk dünyasında həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verməyə davam edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

