Ağcabədidə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilib
29.06.2026 [12:03]
İyun ayının 25-də Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı, SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin, Ağcabədi “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə “Azərbaycan Ordusu suverenliyimizin və ərazi bütövlüyümüzün qarantıdır” mövzusunda Ağcabədi “ASAN xidmət” mərkəzinin iclas zalında tədbir təşkil etmişdir.
Tədbir iştirakçılarının bir qrupu müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra tədbir iştirakçıları Ağcabədi Qəhrəmanlar Parkında şəhidlərin məzarı üzərinə tər çiçəklər düzərək onların xatirəsini yad etdilər.
Tədbirdə YAP fəalları, qazi və veteranlar, şəhid ailələrinin üzvləri, “N” saylı hərbi hissənin hərbçiləri, “ASAN Xidmət” mərkəzinin əməkdaşları iştirak etmişlər.
Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Qəhrəman Azərbaycan Ordusuna həsr edilmiş film nümayiş etdirilmişdir.
Tədbirdə məruzə ilə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov qeyd etdi ki, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri Ümummilli Liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində qorunub saxlanılmış və inkişaf etdirilmişdir. Əbədiyaşar Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Tədbirdə çıxış edən SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin rəis müavini, polkovnik leytenant Elçin Hüseynov, Ağcabədi “ASAN Xidmət” mərkəzinin hüquq sektorunun müdiri Rafiz İbrahimov, Şəhid Ömər Rəhimlinin atası Rəşad Rəhimov, Ağcabədi RİH-nin aparıcı məsləhətçisi İlahə Qasımova çıxış edərək vurğuladılar ki, Azərbaycanın uğurları arxasında dövlətimizin iqtisadi, diplomatik, geosiyasi nailiyyətləri ilə yanaşı, qəhrəman Azərbaycan Ordusunun gücü və əzəməti dayanır.
Tədbirdə Vətən müharibəsi iştirakçılarının, “N” saylı hərbi hissənin hərbçilərinin, ümumtəhsil məktəblərinin hərbi rəhbərlərinin bir qrupuna Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə YAP Ağcabədi rayon təşkilatı tərəfindən Fəxri Fərmanlar təqdim edildi.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov yekun olaraq tədbirdə iştirak edən hərbiçi, qazi və şəhid ailələrinin üzvlərini silahlı qüvvələr günü münasibətilə təbrik etdi və eyni zamanda vurğuladı ki, Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır. Məhz cənab İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilmişdir.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə başa çatmışdır.
Sonda tədbir iştirakçıları “ASAN Xidmət” mərkəzinin foyesində xatirə şəkili çəkdirdilər.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30

