YAP Tərtər Rayon Təşkilatının inzibati binasında tədbir keçirilib
14.07.2026 [14:05]
14 iyul – Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP Tərtər Rayon Təşkilatının inzibati binasında tədbir keçirilmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev bildirmişdir ki, XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı. 1969-cu ildə Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.
Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Xalq ilk addımlarındanca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı.
Çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev 1969-cu il 14 iyul tarixi Azərbaycanın müasir inkişaf yolunun başlanğıcı kimi tarixə düşmüşdür. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə ölkənin bütün sahələrində genişmiqyaslı islahatlara başlanılmış, iqtisadiyyatın, elm, təhsil, mədəniyyət və sənayenin inkişafı üçün möhkəm təməl yaradılmışdır. Qeyd olunmuşdur ki, məhz həmin dövrdə formalaşdırılan inkişaf strategiyası sonrakı illərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynamışdır.
Sonra Tərtər Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Tural Həsənov, rayon Mərkəzi Xəstəxananın həkimi Lütfiyyə Bağırova və Heydər Əliyev Mərkəzinin bələdçisi Əzizə Kərimova Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən bəhs edərək qeyd etmişlər ki, xalqımızın taleyində əvəzsiz xidmətləri olan dahi şəxsiyyətin müəyyən etdiyi inkişaf yolu bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilmişdir ki, ölkəmizdə əldə olunan mühüm nailiyyətlər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması Ulu Öndərin siyasi kursunun uğurlu davamının bariz nümunəsidir.
Çıxışlarda vurğulanmışdır ki, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi dövlətçilik ideyaları, milli həmrəylik prinsipləri və uzaqgörən siyasəti hər zaman Azərbaycan dövlətinin inkişafına xidmət edəcək, gələcək nəsillər üçün etibarlı yol göstəricisi olaraq qalacaqdır.
Sonda tədbir iştirakçıları Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi və təbliğinin hər bir vətəndaşın müqəddəs borcu olduğunu qeyd etmişlər.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50

