/ / Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh və əməkdaşlıq missiyasının beynəlxalq arenalarından biri kimi çıxış edir
Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh və əməkdaşlıq missiyasının beynəlxalq arenalarından biri kimi çıxış edir
14.07.2026 [14:27]
Azərbaycanın tarixi Qələbəsi nəticəsində formalaşan yeni geosiyasi mühitdə Şuşa şəhəri təkcə milli mədəniyyətimizin parlaq simvolu deyil, həm də türk və İslam dünyası üçün ortaq dəyərlərin yaşadığı bir məkana çevrilib. Bu gün Şuşa beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən, qlobal səviyyəli fikir mübadilələrinin, mədəniyyətlərarası dialoqların və media qurumları arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirildiyi vacib mərkəzlərdən biri kimi tanınır. Şuşa Qlobal Media Forumu isə artıq ənənəyə çevrilərək, dünya informasiya sahəsindəki dəyişiklikləri, müasir medianın çətinliklərini, beynəlxalq əməkdaşlıq imkanlarını və qlobal gündəmin digər məsələlərini müzakirə etmək üçün nüfuzlu bir platforma statusu qazanıb. Hər dəfə fərqli bir aktuallığı əks etdirən forumların keçmiş mövzularına nəzər yetirsək, zamanın ruhuna uyğun seçimlərin edildiyini görmək olar. Məsələn, üçüncü forum ötən il Xankəndidə "Rəqəmsal keçid dövrü: süni intellekt şəraitində informasiya və media dayanıqlığının artırılması" başlığı altında keçirilib. 2024-cü ildəki ikinci forum dezinformasiya ilə mübarizəyə, 2023-cü ildəki ilk forum isə dördüncü sənaye inqilabı dövründə yeni medianın roluna həsr edilmişdi. Bu tədbirlər təkcə müzakirə olunan məsələlərin geniş spektri ilə deyil, həm də iştirakçı sayının artım tendensiyası ilə diqqət çəkir. Getdikcə genişlənən coğrafi təmsilçilik həm forumun əhəmiyyətini, həm də müzakirə olunan mövzuların aktuallığını təsdiqləyir. Bu ilki "Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunmuş IV forumda 30-dan çox beynəlxalq xəbər agentliyi, 60-a yaxın tanınmış media qurumu, həmçinin 10-a qədər beynəlxalq təşkilat və şirkət təmsil olunub. Bu statistika forumun qlobal nüfuzunun getdikcə artdığını, Şuşanın isə beynəlxalq media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrildiyini açıq şəkildə göstərir. Tədbir zamanı panel müzakirələri, interaktiv sessiyalar və ikitərəfli görüşlər təşkil edilib. Əsas müzakirə istiqamətləri arasında medianın sülh proseslərindəki yeri, ölkələrarası media dialoqu, ictimai etimadın bərpası mexanizmləri, dezinformasiyaya qarşı birgə fəaliyyət, rəqəmsal mühitdə təhlükəsiz informasiya məkanının yaradılması, informasiya təhlükəsizliyi və yeni media texnologiyalarının gələcəyi xüsusi qeyd olunub.
Cari forumun mövzusu çağdaş reallıqları və önəmli çağırışları özündə birləşdirir. Ötən forumdan sonrakı bir ildə Azərbaycan sülh quruculuğu sahəsindəki fəaliyyəti ilə xüsusi diqqət mərkəzində olub. Dövlət başçısı İlham Əliyevin demək olar ki, hər çıxışında regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün atılan addımlar, göstərilən səylər və əldə olunan nəticələr xüsusi vurğulanır. Ötən ilin avqustunda Prezidentin ABŞ-a işgüzar səfəri zamanı əldə edilmiş Vaşinqton razılaşmaları bu istiqamətdə mühüm mərhələ oldu. Forumun açılışında və jurnalistlərlə görüş zamanı dövlət başçısı Azərbaycanın sülh təcrübəsinə və ABŞ-la yeni münasibətlərə toxundu. O, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını, Donald Trampla keçən il avqustda Vaşinqtonda və bu ilin yanvarında Davosda görüşlər keçirildiyini bildirdi. Həmçinin, Azərbaycanın Trampın yaratdığı Sülh Şurasının təsisçi üzvlərindən biri kimi dəvət edildiyi, vitse-prezident Vensin Bakıya səfəri zamanı strateji tərəfdaşlıq Bəyannaməsinin imzalandığı qeyd edildi. Prezident Əliyev vurğuladı ki, bu günki münasibətlər tarixi maksimuma çatıb və əvvəllər belə bir səviyyə olmayıb.
Azərbaycanın əlverişli coğrafi mövqeyi onun daim önə çıxan üstünlüklərindəndir. Şərqlə Qərbin qovşağında yerləşən ölkəmiz müxtəlif sivilizasiyalar, xalqlar və dinlər arasında körpü vəzifəsini yerinə yetirir. Tolerantlıq və multikulturalizm sahəsində qazandığı nüfuz onu bu dəyərlərin beynəlxalq miqyasda təbliğatçısına çevirib. Multikulturalizm dövlət siyasətinin tərkib hissəsinə çevrilib – 2016-cı ildə "Multikulturalizm İli", 2017-ci ildə isə "İslam Həmrəyliyi ili" elan edilmişdi. Həmin dövrdə çoxsaylı beynəlxalq tədbirlər, o cümlədən Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdi. Prezident Əliyev forumda bu məsələlərə toxunaraq, Azərbaycanın həmişə İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsinə çalışdığını, bu istiqamətdə çoxlu təşəbbüslər irəli sürdüyünü qeyd etdi. Eyni zamanda, hazırkı vəziyyətdə kifayət qədər həmrəylik müşahidə edilmədiyini, gərginliklərin artdığını və bunun narahatedici olduğunu bildirdi. Onun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsindəki birliyin zəifləməsi sabitliyə mənfi təsir göstərəcək. Enerji və nəqliyyat layihələri Azərbaycanı regionda əlaqələndirici mərkəzə çevirir. Bu sahədəki uğurlar enerji diplomatiyasının parlaq nümunələridir. Forum çərçivəsində ölkəmizin həm ənənəvi, həm də bərpaolunan enerji imkanları, yeni tərəfdaşlıq platformaları yaratmaq potensialı müzakirə edildi. Hazırda Azərbaycan 16 dövlətə qaz ixrac edir və bu göstəriciyə görə dünya liderləri sırasındadır. Prezident Əliyev vurğuladı ki, Avropa İttifaqının digər üzvləri ilə də danışıqlar aparılır, təchizat və həcm artımı ilə bağlı sorğular var. Bu gün Azərbaycan etibarlı tərəfdaşdır – on il əvvəlki ilə müqayisədə onun rolu xeyli artıb. Artıq Avstriya və Almaniya da qaz aldığı ölkələr sırasındadır, Avropa bazarı isə strateji əhəmiyyət daşıyır. Prezident qeyd etdi ki, əvvəllər heç gözlənilməyən bazarlara, məsələn, Suriyaya da qaz ixracı həyata keçirilir və oradan qonşu ölkələrə də çatdırılma perspektivləri var.
IV Şuşa Qlobal Media Forumu müasir dövrün ən aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq, Azərbaycanın mövqeyini daha geniş auditoriyaya çatdırmaq üçün münbit şərait yaradıb. Ölkəmizin beynəlxalq münasibətlərdəki çəkisi və qlobal çətinliklərin həllinə töhfələri bir daha təqdir olundu. Prezident Əliyev forumun məqsədini müxtəlif ölkələrdən gələn media nümayəndələrinin qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etməsi, Qarabağın və Şuşanın bugünkü durumu ilə yaxından tanış olması kimi dəyərləndirdi. O, qonaqların bu torpaqların yenidən qurulması prosesinə öz gözləri ilə şahid olduqlarını bildirdi. Hazırda Azərbaycanın prioritetlərindən biri Qarabağ və Şərqi Zəngəzurun bərpası, bu ərazilərin abad və müasir görkəm alması, orijinal sakinlərin öz yurdlarına qayıdışının təmin edilməsidir. Prezident bu istiqamətdə görülən işlər barədə forum iştirakçılarına ətraflı məlumat verdi.
Azərbaycanın təşəbbüslərinə göstərilən beynəlxalq dəstək, ölkəmizin seçdiyi siyasi xəttin və inkişaf modelinin dünya tərəfindən qəbul edildiyini sübut edir. Ölkəmiz müxtəlif sahələrdə topladığı zəngin təcrübəni bölüşməkdə maraqlı olduğunu hər dəfə nümayiş etdirir. Məqsəd dayanıqlı inkişafa nail olmaq, bununla da sülhün və təhlükəsizliyin qorunmasına töhfə verməkdir. Bu ilki forum "Regionun və dünyanın gələcəyini necə qurmaq istəyirik?" sualına birgə cavab axtarışı kimi də dəyərləndirilə bilər. Prezident İlham Əliyevin sözlərinə görə, beynəlxalq ictimaiyyətin sülh quruculuğuna dəstəyi regiondakı dinamikanı müsbət istiqamətdə dəyişəcək və Cənubi Qafqazı ərazi iddialarından, münaqişələrdən uzaq, qarşılıqlı etimad və əməkdaşlıq əsasında inkişaf edən bir məkana çevirəcək.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45

