Şəffaflığın, dialoqun və qarşılıqlı etimadın bariz nümunəsi
16.07.2026 [10:00]
Müstəqil, suveren Azərbaycan bu gün regionda söz sahibi olan, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan və milli maraqlarını qətiyyətlə müdafiə edən bir dövlət kimi öz mövqeyini gündən-günə möhkəmləndirir. Təbii ki, bu uğurların əsasında Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət dayanır. IV Şuşa Qlobal Media Forumunda dövlətimizin başçısının çıxışı və jurnalistlərin çoxsaylı suallarına verdiyi ətraflı cavablar Azərbaycanın mövqeyini bir daha bütün dünya ictimaiyyətinə aydın şəkildə çatdırdı.
Böyük əminliklə demək olar ki, artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin görüş yeri deyil, həm də beynəlxalq məsələlərin açıq və səmimi müzakirə olunduğu nüfuzlu bir platformaya çevrilmişdir. Müxtəlif ölkələrdən yüzlərlə jurnalistin iştirak etdiyi bu forum Azərbaycanın informasiya siyasətində şəffaflığın, dialoqun və qarşılıqlı etimadın bariz nümunəsidir.
Möhtərəm Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan regional və qlobal proseslərə öz milli maraqları prizmasından yanaşır və heç bir təzyiq qarşısında geri çəkilmək niyyətində deyil. Dövlət başçısı ölkəmizin müstəqil siyasət yürütmək əzmində olduğunu, bütün tərəfdaşlarla qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında əməkdaşlığa üstünlük verdiyini xüsusi vurğuladı.
Forum zamanı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və quruculuq işləri də diqqət mərkəzində oldu. Doğma Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr dövlətimizin iqtisadi gücünü və siyasi iradəsini nümayiş etdirir. Tamamilə dağıdılmış şəhər və kəndlərin qısa müddətdə yenidən qurulması dünya üçün də yeni bir inkişaf modelidir.
Möhtərəm Prezident İlham Əliyev forumda çıxışı zamanı Azərbaycanın sülh tərəfdarı olduğunu, regionda davamlı sabitliyin və əməkdaşlığın təmin edilməsində maraqlı olduğunu bir daha bəyan etdi. Eyni zamanda vurğulandı ki, sülh yalnız qarşılıqlı hörmət, beynəlxalq hüquq normalarına əməl olunması və dövlətlərin suverenliyinin tanınması əsasında mümkündür. Azərbaycanın bu mövqeyi ardıcıl və prinsipial siyasətin göstəricisidir.
Dövlət başçısının jurnalistlərin suallarına açıq və əsaslandırılmış şəkildə cavablar verməsi forumun ən yaddaqalan məqamlarından biri oldu. Müxtəlif ölkələrin media nümayəndələrinin ünvanladıqları suallar ətraflı cavablandırıldı, regionda baş verən proseslər, beynəlxalq münasibətlər, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, iqtisadi inkişaf və informasiya mühiti ilə bağlı Azərbaycanın mövqeyi ətraflı izah edildi. Bu, bir daha göstərdi ki, Azərbaycan rəhbərliyi beynəlxalq auditoriya ilə açıq dialoqa hər zaman hazırdır.
Xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun Möhtərəm Prezident İlham Əliyevin çıxışında aydın şəkildə əks olunması idi. Bu gün ölkəmiz enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş olmaqla yanaşı, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat layihələrinin əsas iştirakçılarından biridir. Orta Dəhlizin inkişafı, yaşıl enerji layihələri və regional iqtisadi əməkdaşlığın genişləndirilməsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.
Əlbəttə ki, Şuşa şəhərinin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi də xüsusi rəmzi məna daşıyır. Bir vaxtlar işğal altında qalan Şuşa bu gün Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilmişdir. Bu fakt Azərbaycanın əldə etdiyi tarixi Zəfərin nəticələrinin beynəlxalq aləmə bir daha nümayişidir.
Bu gün Şuşadan dünyaya ünvanlanan mesajlar təkcə Azərbaycanın mövqeyini ifadə etmir, eyni zamanda Cənubi Qafqazın gələcəyi ilə bağlı yeni baxışın formalaşmasına xidmət edir. IV Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Azərbaycan artıq yeni dünya nizamının qurulmasında, qlobal problemlərin həllində, mühüm layihələrin həyata keçirilməsində söz, nüfuz sahibi olan güclü bir dövlətdir.
Aynurə Abbasova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50

