Cənab Prezident İlham Əliyevin çıxışlarında müasir Azərbaycanın inkişaf fəlsəfəsi
17.07.2026 [12:25]
Hər bir dövlətin beynəlxalq nüfuzu onun həyata keçirdiyi siyasət, milli maraqlarını qorumaq bacarığı və dünya ictimaiyyətinə verdiyi mesajlarla müəyyənləşir. Son illər Azərbaycanın qazandığı uğurlar, möhkəmlənən beynəlxalq mövqeyi və etibarlı tərəfdaş kimi formalaşması Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir. IV Şuşa Qlobal Media Forumu zamanı dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan öz gələcəyini milli dəyərlər, müstəqil siyasət və beynəlxalq əməkdaşlıq prinsipləri üzərində qurur.
Artıq ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu bu il də beynəlxalq informasiya məkanının diqqət mərkəzində oldu. Dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələrinin iştirakı ilə keçirilən forum Azərbaycanın açıq dialoqa, obyektiv informasiyaya və beynəlxalq əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir. Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışı yalnız gündəmdə olan məsələlərə münasibət bildirməkdən ibarət deyildi. Bu çıxış Azərbaycanın bugünkü inkişaf yolunu və gələcək prioritetlərini əks etdirən strateji baxış idi.
Dövlət başçısı çıxışında xüsusi olaraq milli kimlik məsələsinə toxunaraq vurğuladı: "Bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi qürurlu xalq kimi, qalib xalq kimi yaşasın. Milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, amma heç vaxt əyilməməli, sınmamalısan." Bu fikirlər müasir Azərbaycan dövlətçiliyinin əsas ideoloji xəttini təşkil edir. Qazanılmış Zəfərin qorunması yalnız hərbi güclə deyil, milli birliyin, vətənpərvərliyin və mənəvi dəyərlərin yaşadılması ilə mümkündür.
Prezident İlham Əliyevin çıxışlarında diqqət çəkən əsas istiqamətlərdən biri də Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətidir. Dövlət başçısı Xəzər regionunun və Mərkəzi Asiyanın strateji əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, Azərbaycan və Qazaxıstan arasında mövcud olan sıx əməkdaşlıq regional nəqliyyat layihələrinin əsas dayaqlarından biridir. Mərkəzi Asiya ilə Azərbaycanın vahid iqtisadi və siyasi məkanda daha da yaxınlaşması təkcə region dövlətlərinin deyil, bütövlükdə Avrasiya məkanının inkişafına mühüm töhfə verir. Bu yanaşma Azərbaycanın Şərqlə Qərb arasında etibarlı körpü rolunu daha da möhkəmləndirir.
Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri humanitar diplomatiyadır. Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə, xüsusilə COVID-19 pandemiyası zamanı 80 ölkəyə humanitar yardım göstərilməsi ölkəmizin beynəlxalq həmrəyliyə verdiyi önəmin göstəricisidir. Prezident İlham Əliyevin forumda Afrika dövlətləri ilə münasibətlərin inkişaf etdiyini vurğulaması da məhz bu siyasətin uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan beynəlxalq münasibətlərdə təkcə siyasi və iqtisadi maraqlarını deyil, humanizm prinsiplərini də ön planda saxlayan ölkə kimi tanınır.
Dövlət başçısının çıxışında Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı nümayiş etdirilən qərəzli münasibətə toxunulması da xüsusi diqqət çəkdi. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizə qarşı tətbiq olunan ikili standartlar qəbuledilməzdir və Azərbaycan öz milli maraqlarını hər zaman qətiyyətlə müdafiə edəcək. Bu mövqe müstəqil siyasətin və milli iradənin ən bariz ifadəsidir.
Forum zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzundan bəhs edərək qeyd etdi ki, bu gün ölkəmiz etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi tanınır. Son on ildə Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat, logistika və regional əməkdaşlıq sahəsində rolu əhəmiyyətli dərəcədə artıb. Bu gün həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin beynəlxalq iqtisadi sistemdə mühüm mövqeyə malik olduğunu təsdiqləyir.
Azərbaycanın çoxtərəfli və ikitərəfli əməkdaşlıq siyasəti Avropa dövlətləri ilə münasibətlərdə də özünü göstərir. Slovakiya Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri zamanı keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycan–Slovakiya əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Enerji, iqtisadiyyat, sənaye, təhsil və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin qarşılıqlı maraqlarına xidmət edir və Azərbaycanın etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi "Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırıla bilən mənbədir" fikri ölkəmizin beynəlxalq nüfuzunu ən dəqiq ifadə edən tezislərdən biridir. Eyni zamanda dövlət başçısının "Özümüzə və dövlətə güvənməliyik. Birliyimiz heç vaxt sarsılmamalıdır" çağırışı Azərbaycanın gələcək inkişafının əsas dayağının xalq-dövlət həmrəyliyi olduğunu bir daha göstərdi.
Beləliklə, IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan müasir dövrdə yalnız regional deyil, qlobal əhəmiyyət daşıyan təşəbbüslərin fəal iştirakçısıdır. Prezident İlham Əliyevin forumda və digər beynəlxalq görüşlərdə səsləndirdiyi fikirlər ölkəmizin milli maraqlara söykənən siyasətinin, güclü diplomatiyasının və beynəlxalq əməkdaşlığa açıq mövqeyinin aydın ifadəsidir. Məhz bu siyasət Azərbaycanın gələcək inkişafını təmin edən əsas amillərdən biri olaraq ölkəmizin dünya birliyində mövqeyini daha da möhkəmləndirəcək.
Çinarə Məmmədova
Naxçıvan şəhər 13 saylı tam orta məktəbin direktor müavini,
YAP Naxçıvan şəhər təşkilatının ƏPT sədri, partiya fəalı
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45

