Azərbaycan–Almaniya münasibətləri yeni strateji inkişaf mərhələsində
22.07.2026 [22:13]
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkələrimiz arasında siyasi, iqtisadi və strateji əməkdaşlığın inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilir. Berlin şəhərində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və mətbuata verilən bəyanatlar Azərbaycan–Almaniya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.
Prezident İlham Əliyev mətbuat üçün bəyanatında vurğuladı ki, “Bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq.” Dövlət başçısı qeyd etdi ki, Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanması və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində imzalanan Birgə Bəyannamə qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.
Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamə siyasi dialoqun, iqtisadi əlaqələrin, investisiya əməkdaşlığının və biznes münasibətlərinin inkişafı üçün yeni imkanlar açır. Bu sənədlər ölkələr arasında uzunmüddətli tərəfdaşlığın daha da dərinləşdirilməsinə yönəlib.
Prezident İlham Əliyev bəyanatında Almaniya şirkətlərinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirərək bildirdi: “Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir.” Hazırda 200-dən artıq Almaniya şirkəti ölkəmizdə müxtəlif sahələrdə uğurlu layihələr həyata keçirir. Dövlət başçısı əminliyini ifadə etdi ki, rəsmi səfərdən sonra Almaniya biznes dairələrinin Azərbaycana marağı daha da artacaq və qarşılıqlı sərmayə qoyuluşu genişlənəcək.
Enerji əməkdaşlığı da ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri kimi ön plana çəkildi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan artıq təbii qazını Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerji sahəsində də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Dövlət başçısı nəqliyyat və logistika sahəsində əməkdaşlığın əhəmiyyətini də xüsusi vurğulayaraq bildirdi: “Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan–Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var.” Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilməsi və Orta Dəhlizin inkişafı Almaniya ilə iqtisadi əlaqələrin genişlənməsi üçün əlverişli imkanlar yaradır.
Prezident İlham Əliyev Almaniyanın Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstəyi də yüksək qiymətləndirərək bildirdi: “Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririk.” O qeyd etdi ki, bölgədə davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində Almaniyanın konstruktiv mövqeyi Azərbaycan tərəfindən müsbət dəyərləndirilir.
Bütövlükdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Siyasi dialoqun genişlənməsi, iqtisadi əməkdaşlığın dərinləşməsi, enerji və tranzit layihələrinin inkişafı, eləcə də biznes əlaqələrinin möhkəmləndirilməsi iki dost ölkə arasında qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın gələcək illərdə daha da güclənəcəyini nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35

