Azərbaycan Orta Asiyaya da günəş kimi doğur
03.08.2026 [17:41]
Birmənalı şəkildə qeyd olunmalıdır ki, hazırkı qlobal geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişdiyi müasir dövrdə Mərkəzi Asiya Avrasiya məkanının ən hərəkətli və strateji əhəmiyyətə malik regionlarından birinə çevrilməkdədir.
Nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması, ticarət əlaqələrinin genişləndirilməsi və regional inteqrasiyanın dərinləşdirilməsi fonunda Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq da keyfiyyətcə yeni mərhələyə yüksəlməkdədir.
Məhz bu kontekstdə iyulun 30-31-də Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirakı yalnız diplomatik hadisə deyil, həm də ölkəmizin bu region ilə formalaşdırdığı uzunmüddətli strateji tərəfdaşlıq xəttinin növbəti mühüm göstəricisi kimi qiymətləndirilə bilər.
Azərbaycanın bu platformada tamhüquqlu iştirakı regional əməkdaşlıq formatının yeni məzmun qazanmasını, Xəzər hövzəsində və Orta Dəhliz boyunca siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da dərinləşməsini şərtləndirən mühüm amillərdən biri kimi çıxış edir.
Azərbaycanın prosesə cəlb olunması mərhələli şəkildə baş verib. Belə ki, 2023-cü ildə Tacikistanın Düşənbə şəhərində keçirilən V Məşvərət Görüşündə Prezident İlham Əliyevin fəxri qonaq qismində iştirakı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə verilən yüksək siyasi qiymətin ifadəsi idi. Həmin görüşdə dövlətimizin başçısının çıxışı Azərbaycanın regionla uzunmüddətli əməkdaşlıq strategiyasını, xüsusilə nəqliyyat, enerji və iqtisadi inteqrasiya sahələrində ortaq maraqlarını nümayiş etdirdi. Bu iştirak sonradan Azərbaycanın platformaya tamhüquqlu üzv kimi qoşulmasının siyasi əsaslarını formalaşdırdı.
Prosesin məntiqi davamı olaraq 2025-ci il noyabrın 16-da Özbəkistanın Daşkənd şəhərində keçirilən VII Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakına dair qərar qəbul edildi. Bu qərar yalnız Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ikitərəfli münasibətlərinə verilən qiymət deyil, həm də ölkəmizin Avrasiya nəqliyyat-kommunikasiya sistemində oynadığı strateji rolun beynəlxalq səviyyədə qəbulunun göstəricisi idi.
Əslində, bu addım Mərkəzi Asiya dövlətlərinin Azərbaycanı regionun ayrılmaz tərəfdaşı kimi qəbul etdiyini nümayiş etdirdi.
Azərbaycanın tamhüquqlu iştirakı ilə indiyədək “C5” kimi tanınan əməkdaşlıq formatı faktiki olaraq “C6” xarakteri aldı. Bu dəyişiklik regional əməkdaşlığın coğrafiyasının genişlənməsi və yeni strateji məzmun qazanması deməkdir. Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşən, Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən əsas tranzit ölkə kimi regionun iqtisadi və nəqliyyat inteqrasiyasına əlavə dəyər gətirir. Bu baxımdan C6 formatı Avrasiyanın nəqliyyat və ticarət xəritəsində yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edir.
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşü siyasi dialoq platforması olmaqla yanaşı, həm də Avrasiya məkanında yeni iqtisadi və geosiyasi əməkdaşlıq modelinin formalaşmasına töhfə verən mühüm mexanizmdir. Azərbaycanın platformada tamhüquqlu iştirakı isə ölkənin Mərkəzi Asiya siyasətinin institusional əsaslarını daha da möhkəmləndirir, regional nəqliyyat və enerji layihələrində rolunu artırır, eyni zamanda, Türk dünyasında inteqrasiyanın dərinləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir. Bu baxımdan Prezident İlham Əliyevin Qırğızıstanda keçirilən Məşvərət Görüşündə iştirakı Azərbaycanın regionun gələcəyinə dair strateji qərarların qəbulunda fəal rol oynayan əsas tərəfdaşlardan biri olduğunu növbəti dəfə təsdiqləyir.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də Qırğızıstan Respublikasına səfər edib, çoxsaylı görüşlər keçirib. Səfər əsnasında iki dövlət arasında sənədlər paketi imzalanıb ki, bu sənədlər ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldilməsini, daha da inkişaf etdirilməsini nəzərdə tutur.
Prezident İlham Əliyevin Qırğızıstan səfərini aktual edən, bu səfərin tarixi əhəmiyyətini artıran digər mühüm amil bu səfərin ümumtürk əhəmiyyəti daşımasıdır.
Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatının yaradılmasından sonra türk dövlətlərinin birliyi istiqamətində daha ciddi və sistemli addımların atıldığı müşahidə edilməkdədir. Bu məsələdə Prezident İlham Əlıiyevin səyləri xüsusilə mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev öz çıxış və müsahibələrində türk dövlətlərinin birliyinin vacibliyini dönə-dönə diqqətə çatdırıb, bu istiqamətdə əməli addımlar atmağın önəmini vurğulayıb. Məhz İlham Əliyevin bilavasitə səyləri nəticəsində türk dövlətlərinin xarici siyasətində bir çox uzlaşmalar müşahidə edilməkdə, iqtisadi-siyasi və hərbi müstəvidə ciddi yaxınlaşmalar reallaşmaqdadır. Bütün bunlar qlobal dünyada baş verən təhdid və qarşıdurmalar fonunda türk dünyasının təhlükəsizliyinin təmini, rifah və inkişafı baxımından həyati əhəmiyyətə malikdir. Bu baxımdan Prezident İlham Əliyevin Qırğızıstana səfərinin türk dünyasının birliyinə ciddi töhfə verəcəyi, Qırğızıstanın türk dünyasına daha yaxından inteqrasiyasını sitimullaşdıracağı şübhəsizdir.
Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı fonunda türk dövlətləri birliyinin daha da möhkəmlənməsi ümumtürk maraqlarının qlobal arenmada daha effektiv müdafiəsinə imkan verəcək, türk dövlətlərinin milli maraqlarının təmini üçün əlverişli zəmin formalaşdıracaq.
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35

