/ / Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı son illərdə yeni mərhələyə qədəm qoyub
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı son illərdə yeni mərhələyə qədəm qoyub
05.08.2026 [22:31]
Tarixi köklər, ortaq milli-mənəvi dəyərlər, dil və mədəni yaxınlıq Azərbaycanın Qırğızıstan, Özbəkistan və Türkmənistan ilə əlaqələrinin daha da möhkəmlənməsinə əlverişli zəmin yaradır. Bu əməkdaşlıq artıq təkcə siyasi dialoqla kifayətlənmir, iqtisadi, humanitar və nəqliyyat sahələrini də əhatə edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq layihələrində türk dövlətlərinin yaxından iştirakı qardaşlıq münasibətlərinin real təzahürü kimi qiymətləndirilir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri də məhz bu strateji xəttin davamı kimi mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlər və qəbul edilən qərarlar Azərbaycan-Qırğızıstan münasibətlərinin daha da dərinləşdirilməsinə, eyni zamanda Mərkəzi Asiya ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə xidmət edir.
Çolpon-Ata şəhərində keçirilən Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclasında Prezident İlham Əliyev iki ölkə arasında formalaşmış dostluq və qardaşlıq münasibətlərinin konkret nəticələrindən bəhs edib. Dövlət başçısı Qarabağın bərpasına göstərilən dəstəyə görə Qırğızıstan rəhbərliyinə təşəkkürünü ifadə edərək Ağdam rayonunda tikilmiş və Manasın adını daşıyan məktəbin xalqlarımızın sarsılmaz birliyinin rəmzi olduğunu vurğulayıb. Prezident bildirib ki, artıq həmin təhsil ocağında şagirdlər təhsil alır və bu məktəb gələcək nəsillər üçün Azərbaycan-Qırğızıstan dostluğunun simvolu olaraq qalacaq.
Prezident İlham Əliyev çıxışında humanitar əməkdaşlığın da uğurla inkişaf etdiyini qeyd edib. Azərbaycanda təşkil olunan Qırğızıstan Mədəniyyəti Günləri, eləcə də Qırğızıstanda keçirilən Azərbaycan Günləri iki xalqın zəngin mədəni irsini nümayiş etdirməklə yanaşı, qarşılıqlı anlaşmanın və mədəni inteqrasiyanın möhkəmlənməsinə mühüm töhfə verib.
Dövlət başçısı Qırğız-Azərbaycan Fondunun fəaliyyətinə də toxunaraq Fondun maliyyə imkanlarının artırılması barədə razılığın əldə olunduğunu bildirib. Onun sözlərinə görə, artıq bir sıra layihələr icra olunur və gələcəkdə Fondun inkişafı ilə paralel olaraq yeni təşəbbüslərin sayı da artacaq. Prezident, həmçinin Azərbaycanın İssık-Kul bölgəsində həyata keçirdiyi layihələrdən danışaraq burada turizm infrastrukturunun inkişafına verilən dəstəyi xüsusi qeyd edib. Beşulduzlu “Bakı” hotelinin istifadəyə verilməsi də iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın daha bir nümunəsi kimi dəyərləndirilib.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlərin artıq müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayaraq bunun dövlətlərarası əməkdaşlığın ən yüksək mərhələsi olduğunu bildirib. Bu yanaşma gələcəkdə siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələr üzrə əlaqələrin daha da genişlənəcəyini göstərir.
Müasir geosiyasi reallıqlar fonunda Azərbaycan və Qırğızıstanın tərəfdaşlığı regional əhəmiyyət daşıyan layihələr baxımından da xüsusi önəm kəsb edir. Cənubi Qafqaz ilə Mərkəzi Asiyanı birləşdirən Orta Dəhlizin strateji rolunun artması hər iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığını daha da aktuallaşdırır. Avropa ilə Asiya arasında etibarlı və sürətli yükdaşımalarının təmin edilməsində bu marşrut mühüm mövqeyə malikdir.
Bütövlükdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin hazırkı inkişaf dinamikası göstərir ki, əməkdaşlıq yalnız ikitərəfli maraqlarla məhdudlaşmır. Bu tərəfdaşlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın möhkəmlənməsinə, ortaq layihələrin reallaşmasına və türk dünyasının həmrəyliyinin daha da güclənməsinə mühüm töhfə verir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri də bu strateji məqsədlərin həyata keçirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35

