/ / YAP Gənclər Birliyinin ofisində Xocalı soyqırımına həsr olunmuş “Unutmayaq, unutdurmayaq” filminin təqdimatı keçirilib
YAP Gənclər Birliyinin ofisində Xocalı soyqırımına həsr olunmuş “Unutmayaq, unutdurmayaq” filminin təqdimatı keçirilib
27.02.2014 [09:29]
Dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində YAP GB və “Səs” Media Qrupunun birgə layihəsi olan “Unutmayaq, unutdurmayaq” filminin təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən YAP GB-nin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirib ki, erməni millətçiləri vaxtaşırı dövlətimizə və xalqımıza qarşı ərazi iddiaları irəli sürərək cinayətlər törədiblər: “Xocalı faciəsi Azərbaycan tarixində ən qanlı hadisələrdən biridir. Həmin gün erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı soyqırım törədilib. Dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib, əsir götürülən insanlar isə dəhşətli işgəncələrə məruz qalıb”.
S.Orucov qeyd edib ki, Azərbaycanın ən böyük siyasi gənclər təşkilatı olan YAP Gənclər Birliyi Xocalı soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün silsilə tədbirləri il boyu davam etdirir: “Xocalı soyqırımından 22 il ötməsinə baxmayaraq, biz hər il bu faciəni kədərlə anırıq”.
Daha sonra Xocalı həqiqətlərini əks etdirən “Unutmayaq, unutdurmayaq” filmi nümayiş etdirilib. Film erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı ermənilər tərəfindən törədilən vəhşiliklərdən bəhs edir. Filmdə ermənilərin törətdikləri vəhşiliklərin şahidi olan Xocalı sakinlərinin fikirləri və Azərbaycan siyasilərinin şərhləri yer alıb.
Çıxış edən Səs Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib ki, filmin hazırlanmasında məqsəd ermənilər tərəfindən xalqımıza qarşı aparılan soyqırımı siyasətini və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır: “Əvvəllər erməni təbliğatından geri qalsaq da, hazırda Azərbaycan bütün sahələrdə olduğu kimi bu istiqamətdə də işğalçı Ermənistanı üstələyir. Azərbaycan həqiqətlərini təkcə ölkə daxilində qeyd etmək kifayət deyil. Ölkə xaricində də təbliğat istiqamətli, Azərbaycanın haqq səsinin oradakı gənclərə çatdırılması üçün konkret fəaliyyət göstərməliyik”.
Film barədə təəssüratlarını bölüşən B.Quliyev deyib ki, hər birimiz Vətənin bütövlüyü uğrunda şəhid olmağa hazır olmalıyıq: “Çünki vətən torpağı bölünməzdir. Vətən uğrunda şəhid olmaq şərəfdir”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib ki, Xocalıda törədilən qətliam bizim milli faciəmiz olsa da, ümumilikdə bu faciə insanlığa qarşı törədilən cinayətdir. Onun sözlərinə görə, bu cinayətin hesabını bizimlə yanaşı bütün sivil dünya da sormalıdır: “Amma çox təəssüf ki, bəzən dünyada böyük haqsızlıqların, ədalətsizliklərin şahidi oluruq. Əgər belə olmasaydı, Ermənistan prezidenti Serj Sarkisyan AŞPA-nın tribunasından işğalçı olduğunu etiraf etməzdi. Amma bu da çox davam edə bilməz. Azərbaycan əlbətdə ki, sülh danışıqlarına sadiqdir, amma bu danışıqlar nəticə verməsə xalqımız Ali Baş Komandanın əmri ilə silaha sarılacaq, torpaqlarını azad edəcək”.
Xocalı faciəsinın hər bir azərbaycanlı gəncin qəlbində qaysaq tutmayacaq bir yara olduğunu deyən H.Babaoğlunun sözlərinə görə, hər bir vətənpərvər azərbaycanlı üçün torpaqlarımızı işğaldan azad etmək əsas vəzifələrdən biridir. Baş redaktor sonda Xocalıda baş verən soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından bu qəbildən olan filmlərin hazırlanmasının əhəmiyyətini vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

