YAP-ın Elm və təhsil komissiyasının iclası keçirilib
06.03.2014 [09:39]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Elm və təhsil komissiyasının ilk iclası keçirilib. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru Abel Məhərrəmov iclasın gündəliyi haqqında məlumat verib. A.Məhərrəmov 2014-cü il üçün komissiyanın iş planının müzakirə mövzusu olduğunu deyib.
A.Məhərrəmov bildirib ki, YAP İdarə Heyətinin qərarı ilə bir çox sahələri əhatə edən 12 komissiya yaradılıb: “Onlardan biri də Elm və təhsil komissiyasıdır. Hesab edirəm ki, gənclərin, ziyalıların gücündən və savadından istifadə edərək elmi daha da inkişaf etdirməliyik. Bu mənada düşünürəm ki, cənab Prezident İlham Əliyevin elmin, təhsilin inkişaf etdirilməsi ilə bağlı verdiyi bütün sərəncamların icrasına ciddi dəstək verilməlidir”.
Komissiyanın sədri qeyd edib ki, partiyamızın elm və təhsil sahəsinə xüsusi diqqət ayırması çox təqdirəlayiqdir. Çünki XXI əsr elm və təhsil əsri hesab olunur. Bu baxımdan, ölkəmizdə də həmin sahələr inkişaf etdirilir. “Bu gün ölkədə elmə münasibət çox yaxşıdır və bundan istifadə etmək lazımdır. Maddi-texniki baza gücləndirilməli, universitetlər, ilk növbədə, elmi mərkəz, sonra tədris müəssisəsi olmalıdır. Yuxarı kurslarda təhsil alan tələbələr tədris laboratoriyasından çıxan kimi işlərini elmi laboratoriyalarda davam etdirməlidirlər” - deyə, akademik vurğulayıb.
İclasda A.Məhərrəmov komissiyanın 2014-cü il üçün iş planı çərçivəsində bir sıra tədbirlərin keçiriləcəyini bildirib. Belə ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”nın qarşıya qoyduğu vəzifələrin icrasının vəziyyəti komissiyanın diqqət mərkəzində olacaq. Eyni zamanda, gənclərin elmə, təhsilə marağının daha da artırılması məqsədilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi, müasir təhsil sisteminin formalaşdırılması mövzularında dialoqun keçirilməsi də komissiyanın iş planına daxildir. Bundan əlavə, 2014-cü il iş planına “Ölkə üzrə elmi qurumların və ali təhsil müəssisələrinin beynəlxalq elmi bazalara çıxış imkanının yaradılması üçün tədbirlərin görülməsi”, “Elm və təhsilin inkişaf konsepsiyası müstəvisində AMEA ilə ali təhsil müəssisələri arasında əlaqələrin daha da möhkəmlənməsinə nail olmaq məqsədilə birgə tədbirlərin keçirilməsi, müqavilələrin imzalanması”, “Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlərlə qarşılıqlı əlaqələrin gücləndirilməsi, Azərbaycan alimlərinin daha mütəşəkkil təşkilatlanmasının təmin edilməsi, Azərbaycan elmi qarşısında prioritetlərin müəyyənləşdirilməsi” məsələləri də daxil edilib.
YAP-ın Elm və təhsil komissiyası, həmçinin, il ərzində xaricdə təhsil alan gənclərimizlə də əlaqələrin gücləndirilməsi istiqamətində işlərin görülməsini nəzərdə tutur. Komissiya Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Elmin və təhsilin inkişafında Heydər Əliyevin müstəsna xidmətləri” və YAP-ın yaranmasının 22-ci ildönümü ərəfəsində “İqtisadi potensialı intellekt kapitalına çevirməliyik” mövzularında konfranslar keçirəcək.
İclas iştirakçılarından AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova, YAP Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, YAP Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev, YAP Siyasi Şurasının üzvü, millət vəkili Rafiq Məmmədhəsənov, YAP Siyasi Şurasının üzvü, Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və başqaları çıxış edərək komissiyanın 2014-cü il üçün iş planı haqqında fikir və təkliflərini bildiriblər. Müzakirələrdən sonra YAP-ın Elm və təhsil komissiyasının 2014-cü il üçün iş planı təsdiq olunub.
Daha sonra təşkilati məsələlərə baxılıb və AMEA-nın vitse-prezidenti, YAP Siyasi Şurasının üzvü, akademik İsa Həbibbəyli komissiyanın sədr müavini, İsmayıl Əliyev isə komissiyanın elmi katibi seçilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

