YAP Binəqədi rayon təşkilatının yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib
07.03.2014 [09:19]
Siyavuş Novruzov: YAP bu gün Azərbaycanın və regionun ən güclü partiyasıdır
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdən öncə iştirakçılar Fəxri Xiyabana gələrək, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının yaranma tarixi barədə məlumat verib, partiyanın Azərbaycanın ictimai-siyasi həyatında oynadığı roldan danışıb. Natiq, həmçinin, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğı siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini deyib.
YAP Binəqədi rayon təşkilatının 7 mart 1993-cü ildə yaradıldığını, hazırda rayon təşkilatının sıralarında 14 min üzvün olduğunu deyən Ramiz Göyüşov ötən ilin oktyabrında keçirilən prezident seçkilərində rayon təşkilatının üzvlərinin fəaliyyətini də xüsusi olaraq vurğulayıb.
Çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov öncə YAP-ın Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində müstəsna rolundan danışıb. Qeyd olunub ki, 1990-cı illərin əvvəllərində Azərbaycan ağır iqtisadi, siyasi böhran şəraitində idi. Sözsüz ki, bu dərin siyasi, iqtisadi, sosial böhran xalqın ziyalılarını narahat etməyə bilməzdi. Buna görə də, Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Elə bu məqsədlə də onlar Ümummilli lider Heydər Əliyevə müraciət etdilər.
“YAP bu gün Azərbaycanın və regionun ən güclü partiyasıdır” - deyən Siyavuş Novruzov əlavə edib ki, YAP Binəqədi rayon təşkilatı partiyanın ilkin dövrlərində yaranan rayon təşkilatından biridir. O da bildirilib ki, YAP Binəqədi rayon təşkilatının prezident seçkiləri dövründə işi yüksək səviyyədə təşkil olunub.
Çıxışında ölkədəki ictimai-siyasi proseslərdən də bəhs edən natiq, həmçinin, rayon gənclərini informasiya və kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə etməklə ölkə reallıqlarını dünyaya yaymağa və bu işdə fəal olmağa səsləyib.
Sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov partiyanın ölkəmizin həyatındakı əhəmiyyətli rolundan danışıb. O qeyd edib ki, Azərbaycanın bir qrup ziyalısının ölkənin ən çətin dövründə Ümummilli lider Heydər Əliyevə müraciəti Azərbaycan tarixinə “91-lər”in müraciəti kimi həkk olunub. Məhz bu müraciətdə Ümummilli lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Bundan sonra 21 noyabr 1992-ci il tarixində Naxçıvanda Heydər Əliyevin Sədrliyi ilə təsis konfransı keçirilib və Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə olan Yeni Azərbaycan Partiyası yaranıb: “YAP çox qısa bir müddətdə xalqın dəstəyini qazanıb, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə iqtidar partiyasına çevrilib və ötən 21 il ərzində ölkəmizin inkişafına töhfə verib, Azərbaycanda istər siyasi, istərsə də sosial-iqtisadi proseslərdə aparıcı qüvvə olub”.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov “Təqdirəlayiq haldır ki, bu gün möhtəşəm bina YAP Binəqədi rayon təşkilatının ixtiyarındadır” deyib. Natiq Binəqədi rayonunda gedən abadlıq - quruculuq işlərinə də toxunub və son dövrlər rayonun çox inkişaf etdiyini qeyd edib.
Sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov ölkədəki iqtisadi inkişafdan danışıb, bu inkişafın Bakı şəhərinin bir hissəsi olan Binəqədi rayonunda da hiss edildiyini bildirib. V.İsmayılov, həmçinin, ölkənin inkişafında YAP-ın xüsusi rolunun olduğunu qeyd edib.
Sonda Binəqədi rayonunun ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup şəxsə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib, Yeni Azərbaycan Partiyası sıralarına yenicə daxil olmuş bir qrup şəxsə isə partiya vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30

