Lerikdə YAP Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi”nin III turu başlayıb
22.07.2014 [09:28]
İlk gün “Sağlam həyat, sağlam gələcək” mövzusunda təlim keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi”nin III turuna Lerikdə də start verilib. III turda 80-ə yaxın gənc iştirak edir.
İyulun 20-də Lerik rayonuna yollanan “Yay məktəbi”nin III turunun iştirakçıları Milli Məclisin deputatı, YAP Qadınlar Şurasının sədr müavini Sevinc Hüseynovanın rəhbərliyi ilə ilk olaraq Lerik rayon mərkəzində müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoyublar. Sonra gənclər Heydər Əliyev Mərkəzində və Lerik rayon “Uzunömürlülər Muzeyi”ndə olublar.
Daha sonra rayon ərazisində yerləşən “Relax” istirahət mərkəzində “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin açılış mərasimi olub. Gənclər qarşısında çıxış edən qrup rəhbəri, millət vəkili Sevinc Hüseynova həyata keçirilən layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs edib. O bildirib ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Millət vəkilinin çıxışından sonra proqrama uyğun olaraq YAP fəalı Emil Lətifovun moderatorluğu ilə “Sağlam həyat, sağlam gələcək” mövzusunda təlim keçirilib. Təlimdə bildirilib ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Biomüxtəlifliyin tükənməsi, urbanizasiya, stress kimi ciddi problemlərin artdığı bir dövrdə əsrin xəstəlikləri hesab edilən QİÇS (qazanılmış immun çatışmazlığı sindromu), narkomaniya, alkoqolizm, ürək-damar, xərçəng xəstəlikləri geniş yayılıb. Belə bir dövrdə sağlamlıq haqqında biliklərə yiyələnmək və bu biliklərə riayət etmək hər bir gəncin başlıca vəzifələrindən biridir. Sağlam həyat tərzi hər bir yeniyetmənin, gəncin şəxsi seçim yolu və fərdi davranış sistemidir.
Təlimdə qeyd edilib ki, müasir cəmiyyətdə gənc nəslin sağlam yetişməsinə mane olan ən kəskin problemlər sırasında siqaret çəkmə, narkomaniya və spirtli içkilərin istifadəsi kimi vərdişlər gənclər arasında daha geniş yayılıb. Bu təhlükəli meyillər bütövlükdə cəmiyyətin həyatına mənfi təsir göstərir. Gənc nəslin sağlam böyüməsi üçün onlarda erkən yaşlarından sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşması çox vacibdir. Bu baxımdan təbii sərvətlərdən düzgün istifadə qaydalarının öyrədilməsi gənclərin sağlam ruhlu, sağlam düşüncəli, bir sözlə fiziki və mənəvi cəhətdən sağlam bir vətəndaş kimi tərbiyə edilməsinə kömək edir.
Gəncləri maraqlandıran suallar cavablandırıldıqdan sonra müxtəlif idman yarışları keçirilib. Günə interaktiv, intellektual oyunlarla yekun vurulub.
Taleh Bağırov, “İki sahil”
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

