YAP budəfəki bələdiyyə seçkilərində də möhtəşəm qələbə qazanacaq
11.12.2014 [10:21]
Bu fikirlər Siyəzən rayonunun Məşrif və Qozağacı kəndlərində bələdiyyə üzvlüyünə namizədlərlə keçirilən görüşdə səsləndirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlərlə rayonun Məşrif və Qozağacı kəndlərində görüş keçirilib.
Tədbiri giriş sözü ilə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açaraq bələdiyyə seçkiləri haqqında danışıb. O bildirib ki, bələdiyyələrin fəaliyyəti Azərbaycanın demokratik inkişafı baxımından olduqca əhəmiyyətlidir. E.Heydərovun sözlərinə görə, ölkəmizdə bələdiyyələr gənc qurumlar olsa da, dövlətçiliyin inkişafı prosesinə mühüm töhfələr verir. Son illərdə isə onların rolu daha da artıb. O, seçiciləri bu seçkilərdə də fəallıq göstərməyə, həmçinin, YAP tərəfindən irəli sürülən namizədlərə səs verməyə çağırıb: “Siyəzən rayonunda 11 bələdiyyə fəaliyyət göstərir. YAP bu bələdiyyələr üzrə müvafiq yerlərin hamısına öz namizədlərini irəli sürüb. İnanırıq ki, 23 dekabrda YAP növbəti möhtəşəm qələbəsini qazanacaq”.
Daha sonra YAP Siyəzən rayon təşkilatı Aparat rəhbəri İxtiyar İsayev çıxış edərək bələdiyyə seçkisi ilə bağlı fikirlərini bildirib. O deyib ki, 1995-ci ildə müstəqil respublikamızın ilk Konstitusiyası referendum yolu ilə qəbul olunduqdan sonra həmin sənəddə mülkiyyətin bölünməsi, hakimiyyətin formalarının müəyyənləşdirilməsi və yerli özünüidarəetmənin təşkili məsələləri əksini tapıb: “Həmin dövrdən başlayaraq cəmiyyətimizdə yeni bir idarəetmə institutunun yaradılması ideyası ortaya çıxdı. Bu ideyanın nəticəsində isə 1999-cu ildə respublikamızda ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirildi”.
Sonra Məşrif bələdiyyəsi üzvlüyünə namizədlər Qoşqar Əsədov, Maral Əliyeva, Sənan Bədəlov və Zərnigar Əliyeva çıxış edərək bu seçkilərdən sonra formalaşacaq bələdiyyələrin daha effektiv və səmərəli fəaliyyəti ilə dövlətimizin inkişafı prosesində layiqli yer alacağını qeyd ediblər.
Sonda kənd sakinləri çıxış edərək yalnız Yeni Azərbaycan Partiyasına güvəndiklərini və bu seçkilərdə də YAP-a səs verəcəklərini bildiriblər.
Oktay
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

