Uğurlu fəaliyyət YAP-ın bu seçkilərdə də qələbəsini təmin edəcək
29.08.2015 [11:03]
Aqil Nəzərli: YAP Laçın rayon təşkilatının Seçki Qərargahı parlament seçkilərinə hazırlığı uğurla davam etdirir
“Noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Ölkəmiz müstəqillik əldə etdikdən sonra keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası (YAP) bu seçkilərə də mütəşəkkil şəkildə hazırlaşır. Bu məqsədlə partiyanın bütün şəhər və rayon təşkilatlarında seçki qərargahları yaradılıb. Və YAP Laçın rayon təşkilatının Seçki Qərargahı da parlament seçkilərinə hazırlığı uğurla davam etdirir”.
Bunu qəzetimizə açıqlamasında YAP Laçın rayon təşkilatının və rayon təşkilatının Seçki Qərargahının sədri Aqil Nəzərli deyib. Onun sözlərinə görə, seçkilərə hazırlıqla bağlı bütün işləri YAP Laçın rayon təşkilatının 13 nəfərdən ibarət Seçki Qərargahı koordinasiya edir.
Onu da qeyd edək ki, bu günlərdə YAP Laçın rayon təşkilatının Seçki Qərargahının növbəti toplantısı keçirilib. Toplantıda çıxış edən YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli deyib ki, rayon təşkilatının Seçki Qərargahı öz işini partiyanın İcra Katibliyi tərəfindən tərtib olunmuş plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun olaraq uğurla davam etdirir: “Parlament seçkilərinə hazırlıqla bağlı hazırlanmış plana müvafiq olaraq bir sıra addımlar atılıb. Eyni zamanda, 121 saylı Laçın Seçki Dairəsi üzrə partiyamızın irəli sürəcəyi namizədin xeyrinə imza toplamaq üçün 10 nəfər imza toplayan YAP fəalı müəyyən edilib. Bundan başqa, seçki dairələrində və seçki məntəqələrində müşahidə aparmaq üçün hər birində 5 nəfər olmaqla 510 nəfər müşahidəçi, həmçinin, 102 nəfər məşvərətçi səs hüquqlu üzv müəyyən edilib. Seçki Qərargahı tərəfindən bütün seçicilərin siyahısı ilkin variantda dəqiqləşdirilib və bu proses mütəmadi olaraq davam etdirilir. Qeyd edim ki, Laçın seçiciləri seçkilərdə 121 saylı Laçın Seçki Dairəsinin 102 məntəqəsində səs verəcəklər”.
YAP Laçın rayon təşkilatının Seçki Qərargahının sədri onu da əlavə edib ki, hazırda YAP Laçın rayon təşkilatı 34 ilk təşkilat ətrafında 3501 nəfər partiya üzvünü birləşdirir. Onlardan 1415 nəfərini qadınlar, 813 nəfərini isə gənclər təşkil edir.
Toplantıda çıxış edən Seçki Qərargahının üzvü Xaliq Musayev hazırlıq prosesi ərəfəsində vacib olan bir sıra addımların atıldığını və bu istiqamətdə işlərin davam etdiyini bildirib. O, həmçinin, “Qarşıdan gələn seçkilərdə hər birimizin üzərinə böyük və məsuliyyətli vəzifə düşür. Əminəm ki, uğurlu fəaliyyət YAP-ın bu seçkilərdə də qələbəsini təmin edəcək”, - deyib.
YAP Laçın rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal Həsənov isə partiyanın hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Onun sözlərinə görə, gənclər bu seçkilərdə də xüsusi fəallıq nümayiş etdirəcəklər.
Toplantıda, həmçinin, Seçki Qərargahının digər üzvləri - Murad Hüseynov, Tahir Bayramov və başqaları da çıxış edərək, fikir və təkliflərini səsləndiriblər.
NADİR
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

