Səbailin gəncləri “İlhamla irəli!” deyir
28.03.2018 [10:30]
Yeni Azərbaycan Partiyası (YAP) respublikanın bütün bölgələrində aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın namizədi, ölkə Prezidenti İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verən gənclərlə “İLHAMLA İRƏLİ!” şüarı altında görüş keçirib.
Görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev qeyd edib ki, ilk dəfə səs vermək və ümumxalq səsverməsində öz siyasi iradəsini nümayiş etdirmək hər bir gəncin həyatında tarixi hadisədir. İlk dəfə səs vermək nə qədər əhəmiyyətlidirsə, cənab İlham Əliyev kimi müdrik, cəsarətli, uzaqgörən liderə, siyasətçiyə səs vermək ikiqat şərəflidir.
Millət vəkili ölkəmizdə aparılan dövlət gənclər siyasəti, gənclər üçün yaradılmış təhsil və iş imkanları barədə məlumat verərək bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı, bu sahədə reallaşdırılan uğurlu layihələrin sayı və miqyası günbəgün artır.
Ş.Hacıyev gəncləri seçkilərdə fəal olmağa və əldə olunan nailiyyətlərin, ölkəmizdəki ictimai sabitliyin davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Sonra çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə və gənclərlə iş üzrə rektorun müşaviri, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin məsləhətçisi, YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini Fərid Nəsibov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əvəz Bayramov, YAP Səbail rayon təşkilatının baş məsləhətçisi Bəyim Nəbiyeva və digərləri cənab İlham Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü işlərdən danışaraq, daha qüdrətli və dinamik inkişaf edən Azərbaycan naminə gəncləri cənab İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıblar.
Tədbirdə səbailli gənclər cənab İlham Əliyevi dəstəkləyən çoxsaylı şüarlar səsləndirib və yekdilliklə Ona səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

