Qaradağ seçiciləri xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verəcəklər
05.04.2018 [10:24]
Rayonda təbliğat-təşviqat kampaniyası çərçivəsində sahibkarlarla və yerli iş adamları ilə görüş keçirilib
Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində dünən sahibkarlar və yerli iş adamları ilə keçirilən görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov prezident seçkilərinin ölkəmizin inkişaf tarixində vacib rolu və əhəmiyyəti barədə məlumat verib. Aydın Hüseynov daha sonra YAP-ın namizədi cənab İlham Əliyevin xalqımız və dövlətimiz qarşısında əzəmətli xidmətləri haqqında da danışıb. Millət vəkili deyib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu böyük müvəffəqiyyətlə həyata keçirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il parlaq nailiyyətlər və möhtəşəm inkişaf göstəriciləri ilə xarakterizə olunur. Ölkəmizdə sahibkarlığın inkişafına da güclü dövlət dəstəyinin göstərildiyini deyən A.Hüseynov yerli iş adamlarını aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev görüşdə çıxış edərək 2003-cü ildən bəri keçilən böyük inkişaf yolunun əsas parametrləri, Azərbaycanda həyata keçirilən sosial siyasətin mühüm nailiyyətləri haqqında ətraflı məlumat verib. Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının mənafeyinin dayandığını vurğulayan millət vəkili bildirib ki, iqtisadi sferada qazanılmış nailiyyətlər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsini, əhalinin güzəranının daha da yaxşılaşdırılmasını şərtləndirib. O, sonda deyib ki, həyata keçirilən islahatların ardıcıllığını, uğurların davamlılığını təmin etmək üçün hamılıqla 11 apreldə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməliyik.
Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin də ötən 15 ildə əldə edilən uğurlardan danışıb. Millət vəkili ölkəmizdəki Rus İcmasının Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini qeyd edərək qarşıdan gələn seçkilərdə də icma üzvlərinin cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıb. M.Zabelin bütün seçiciləri aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağıraraq bildirib ki, YAP-ın namizədinə səs vermək möhtəşəm nailiyyətlərin davamlı olmasına, iqtisadiyyatımızın daha da inkişaf etməsinə səs vermək deməkdir.
Görüşdə Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov çıxış edərək deyib ki, Azərbaycan əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan daxili və xarici siyasət sayəsində böyük inkişaf, tərəqqi əldə edib.
Görüşdə həmçinin YAP Qaradağ rayon təşkilatının seçki qərargahının üzvü Xaliq Məmmədov da ölkəmizin son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı uğurlar barədə geniş məlumat verib. O deyib ki, sahibkarlar dövlətin və şəxsən Prezident İlham Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirir və qarşıdan gələn seçkilərdə də cənab İlham Əliyevi dəstəkləyirlər.
Çıxış edən yerli iş adamları əminliklə aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Azərbaycanın müstəqilliyinin və inkişafının təminatçısı olan Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklərini ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53

