YAP Səbail rayon təşkilatı seçicilərlə görüşləri davam etdirir
07.04.2018 [10:03]
11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Səbail rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Növbəti görüş Badamdar qəsəbəsində seçicilərlə keçirilib.
Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sistemli siyasi-iqtisadi islahatlar nəticəsində əldə olunan tarixi nailiyyətlər və möhtəşəm uğurlar haqqında danışıb. Millət vəkili bütün Azərbaycan cəmiyyəti kimi, Səbail rayonu seçicilərinin də ümumxalq məhəbbəti qazanmış cənab İlham Əliyevi dəstəklədiyini deyib.
“Biz daha qüdrətli Azərbaycan və etibarlı gələcəyimiz naminə cənab İlham Əliyevin ətrafında sıx birləşməli və partiyamızın namizədini 11 aprel günü yekdilliklə dəstəkləməliyik”, - deyə Ş.Hacıyev vurğulayıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, son 15 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf parametrlərinə görə dünyada analoqu olmayan uğurlara imza atıb: “Ölkədə cəmiyyət həyatının bütün sahələri yenilənib və müasirləşib, əhalinin rifah halı müqayisəolunmaz dərəcədə yaxşılaşıb, sabitlik və təhlükəsizlik mühiti tam təmin edilib, respublikanın beynəlxalq nüfuzu artıb”.
“Təbliğat-təşviqat kampaniyası zamanı respublikanın hər yerində seçicilər, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevə böyük rəğbətlərini ifadə edirlər və seçki günü Onun namizədliyini dəstəkləyəcəklərini vurğulayırlar”, - deyə H.Rəcəbli əlavə edib.
Görüşdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanın son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolu keçdiyini diqqətə çatdırıb. O bildirib ki, bu müddət ərzində ölkəmizin beynəlxalq mövqeyi möhkəmlənib, ictimai-siyasi sabitliyin qorunması, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib: “Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, ordu quruculuğu sahəsində mühüm nailiyyətlərin əldə edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi hərbi-siyasi dönüşə nail olunması və digər mühüm uğurlar məhz Prezident İlham Əliyevin səmərəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Bu kimi çoxsaylı uğurlar, əlbəttə ki, 11 aprel seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək və xalq cənab İlham Əliyevi yenidən Prezident seçəcək. Çünki Azərbaycan xalqının mütləq əksəriyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir”.
Çıxış edən təbliğat qrupunun üzvləri - Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əvəz Bayramov və YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, həmçinin gənc fəallar Məhərrəm Məhərrəmli və Bəyim Nəbiyeva cənab İlham Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının yüksəldilməsi istiqamətindəki misilsiz xidmətlərindən danışıb və bildiriblər ki, xalqımız aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37

