Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində də parlaq qələbə qazanacaq
24.11.2009 [11:03]
Dünən Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatında qarşıdan gələn bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış partiya üzvləri üçün treninqlər keçirilib. Tədbirdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov partiya rayon təşkilatının dekabrın 23-də keçiriləcək seçkiyə ciddi şəkildə hazırlaşdığını bildirib. Sədr Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının 101 ərazi partiya təşkilatının və 3350 nəfər partiya üzvünün bələdiyyə seçkilərində də məsuliyyətli fəaliyyət göstərəcəyinə əminliyini vurğulayıb. H.Bəşirov qeyd edib ki, artıq namizədlərin qeydə alınması prosesi başa çatıb və rayon təşkilatı bu mərhələni uğurla sona yetirib: “Bələdiyyələrin birləşməsi haqqında Milli Məclisin qəbul etdiyi qanundan sonra rayonumuzda fəaliyyət göstərən 23 bələdiyyə 15 bələdiyyədə birləşdi. Bu bələdiyyələr üzrə 139 şəxs üzv seçiləcək. Yeni Azərbaycan Partiyası bütün yerlərə öz namizədlərini irəli sürüb. Budəfəki seçkidə gənclər və qadınların da prosesə cəlb olunması və bələdiyyələrdə iştirakı faizinin yüksəldilməsi məqsədi də qarşıya qoyulub”.
YAP Hacıqabul rayon təşkilatında 16 nəfərdən ibarət seçki qərargahı, 20 nəfərdən ibarət təbliğat qrupu yaradıldığını önə çəkən H.Bəşirov qeyd edib ki, bununla yanaşı, hər bir Hacıqabul seçicisi Yeni Azərbaycan Partiyasının namizədinə inanır.
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov da bələdiyyə seçkilərinə hazırlıqla bağlı son işlərin aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, şəhər təşkilatında 17 nəfərdən ibarət seçki qərargahı yaradılıb: “Şirvan ərazisində iki bələdiyyə mövcuddur-17 nəfərdən ibarət Şirvan şəhər bələdiyyəsi və 9 nəfərdən ibarət Hacı Qəhrəmanlı bələdiyyəsi. Artıq YAP Şirvan şəhər təşkilatının irəli sürdüyü namizədlər qeydə alınıb. Rayon təşkilatının 88 ərazi ilk təşkilatı və bu ilk təşkilatlarda fəaliyyət göstərən 4000-ə yaxın partiya üzvü seçkilərdə fəal iştirak edəcəklər. Xalqımızın Yeni Azərbaycan Partiyasına inamı böyükdür. Əminəm ki, ötən il keçirilən prezident seçkilərində nümayiş etdirilən aktivlik bələdiyyə seçkilərində də nümayiş olunacaq”.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bu gün sıralarında 500 min üzvü birləşdirən Yeni Azərbaycan Partiyasını qələbələr partiyası adlandırıb. Hikmət Babaoğlu 1992-ci ildən başlayan tarix ərzində hər keçən gün YAP-ın daha da gücləndiyini, bu partiyanın nüfuzunun daha da artdığını, hər seçkidə yeni qələbələr qazanıldığını vurğulayıb: “Yeni Azərbaycan Partiyası ildən-ilə güclənir, inkişaf edir və xalqın, dövlətin mənafeyinin keşiyində dayanır. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri də qələbələr seriyasının növbəti həlqəsini təşkil edəcək”.
Daha sonra YAP-ın bələdiyyə seçkilərinə “Xalqa xidmət naminə” şüarı ilə getdiyini vurğulayan səlahiyyətli nümayəndə qeyd edib ki, partiyamız bu seçkilərdə qarşısına bir sıra məqsədlər də qoyub. YAP yerli özünüidarəetmənin demokratikləşməsinin dərinləşməsi, bələdiyyələrin fəaliyyətinin hüquqi əsaslarla daha keyfiyyətli təmin olunması məqsədilə bazanın möhkəmləndirilməsi, “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasında bələdiyyələrin fəal iştirakının təmin edilməsi, yerli resursların daha səmərəli şəkildə istifadəsinin təşkili, bələdiyyə ərazilərində maddi mədəniyyət abidələrinin qorunması, turizm potensialının inkişafı, buna paralel olaraq, bölgələrdə turizmin inkişafının təmin olunması və digər mühüm məsələlərin həlli dekabrın 23-də keçiriləcək seçkilərdən sonra formalaşacaq bələdiyyələrin əsas diqqət ayırmalı olduğu başlıca vəzifələrdir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

