Sabirabadda seçicilərlə görüş keçirilib
02.12.2009 [09:53]
Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat - təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Növbəti tədbir dünən Sabirabad rayonunun Kürkəndi kəndində keçirilib. Kürkəndi, Yastıqobu, Suqovuşan və Bulaqlı kəndlərinin sakinlərinin iştirak etdiyi tədbirdə ilk olaraq çıxış edən YAP Sabirabad rayon təşkilatının sədr müavini Daşqın Şıxəliyev Qurban bayramı münasibətilə seçiciləri təbrik edib. Daha sonra o, rayonda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərdən danışıb. Bildirib ki, rayon təşkilatı bələdiyyə seçkilərinə ciddi hazırlaşır və öz işini Partiyanın Mərkəzi Aparatının tövsiyələrinə uyğun şəkildə qurub. Digər zəruri seçki prosedurlarını uğurla icra edən rayon təşkilatı hazırda təşviqat kampaniyası aparır. O, bu məqsədlə rayonun bütün kəndlərində seçicilərlə görüşlər keçirilməsinin planlaşdırıldığını vurğulayaraq əlavə edib ki, seçkilərə qədər hər bir seçici partiyamızın namizədləri haqqında dolğun məlumatlara sahib olacaq. D.Şıxəliyev daha sonra bildirib ki, Sabirabadda 25 bələdiyyəyə 261 nəfər üzv seçiləcək. YAP Sabirabad rayon təşkilatı bütün yerlər üzrə öz namizədlərini irəli sürsə də, onlardan 257 nəfəri müvafiq dairə seçki komissiyalarında qeydə alınıb. 4 nəfərin namizədliyi isə qeydə alınmayıb. Partiya tərəfindən irəli sürülmüş namizədlərin 79 nəfərini qadınlar, 82 nəfərini isə gənclər təşkil edir. O, əminliklə vurğulayıb ki, ölkədə baş tutmuş bütün seçki kampaniyalarını uğurla başa vuran YAP Sabirabad rayon təşkilatı bələdiyyə seçkilərində də qarşıya qoyulmuş məqsədə nail olacaq.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Gülhüseyn Əhmədov Prezident İlham Əliyevin uğurlu iqtisadi-sosial siyasətindən danışıb və son 6 ildə ölkəmizdə görülmüş işlər barəsində ətraflı məlumat verib. Bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir: “Dövlət başçısının müəyyən etdiyi islahatlar kursunun həm miqyas, həm də keyfiyyət baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməklə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tətbiqi ilə çox böyük nailiyyətlərin əldə olunmasını şərtləndirib. Bu mükəmməl idarəetmə kursu Azərbaycanın müstəqil iqtisadi modelinin formalaşması üçün də əsaslı təməllər yaratmış olub. Prezident İlham Əliyev ən yeni tarixin ortaya çıxardığı siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi stabilliyin möhkəmlənməsinə baza yaratmaqla, iqtisadi tərəqqi erasının təməlini də qoymuş olub. ölkədə hökm sürən sabitliyin qorunmasının və möhkəmlənməsinin inkişafın əsas indikatoru olduğunu başlıca şərt hesab edən dövlət başçısı bu meyarın qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Respublikamız makroiqtisadi sabitlik, yüksək milli yığımlar, eləcə də inflyasiya tempi, bazarların səmərəliliyinin artırılması ilə bağlı göstəricilərə görə, bir sıra inkişaf etmiş dövlətləri qabaqlamaqda davam edir. Əsas indikatorlardan biri olan əmək bazarında islahatların aparılmasına görə Azərbaycan hər il öz vəziyyətini daha da yaxşılaşdırır. Yeni iş yerlərinin yaradılması və məşğulluğun təmin edilməsi ilə bağlı hökumətin strateji addımlarının məntiqi nəticəsi öz bəhrəsini verməkdədir”.
G.Hüseynov bu inkişafın yerlərdə daha effektiv şəkildə davam etdirilməsi üçün yerli özünüidarəetmə orqanlarının da fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib ki, bələdiyyələr öz fəaliyyətini Azərbaycanın inkişaf dinamikasına uyğun şəkildə daim təkmilləşdirməlidir.
Sonra çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Səfər Məmmədov Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı uğurlardan və əldə olunan nailiyyətlərdən söhbət açıb. Yeni Azərbaycan Partiyasının Azərbaycanın hər yerində sevilən və dəstəklənən bir siyasi təşkilat olduğunu vurğulayan S.Məmmədov deyib ki, məhz xalqın bu cür böyük etimad göstərməsi və ciddi dəstəyi partiyanın uğurlarında əsas rol oynayır. Hakim partiyanın hazırda nəinki Azərbaycanın, bütövlükdə regionun ən böyük və mütəşəkkil siyasi təşkilatı olduğunu diqqətə çatdıran S.Məmmədovun sözlərinə görə, yarandığı tarixdən 4 prezident, 3 parlament və 2 bələdiyyə seçkilərində iştirak etmiş və yüksək nəticə əldə etmiş Yeni Azərbaycan Partiyası bu seçkilərdə də qələbə qazanacaq.
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Rüstəm Xəlilov isə Azərbaycanda bələdiyyə strukturunun formalaşması və tarixindən geniş bəhs edib: “1995-ci ildə müstəqil respublikamızın ilk Konstitusiyası referendum yolu ilə qəbul olunduqdan sonra həmin sənəddə mülkiyyətin bölünməsi, hakimiyyətin formalarının müəyyənləşdirilməsi və həmçinin, yerli özünüidarənin təşkili məsələləri əksini tapmışdır. Həmin dövrdən başlayaraq cəmiyyətimizdə yeni bir idarəetmə institutunun yaradılması ideyası ortaya çıxdı. O dövrdə Milli Məclisdə yaradılan daimi komissiyalardan biri Yerli özünüidarə məsələləri daimi komissiyası idi. Həmin komissiyada ilk olaraq gələcəkdə bələdiyyələrin təşkil olunması, onun fəaliyyətinin hüquqi tənzimlənməsi üçün müvafiq bazanın formalaşdırılması istiqamətində qanunlar, normativ hüquqi sənədlər hazırlanmağa başlandı. 1995-ci ildən 1999-cu ilə qədər bu proses davam etdi və 1999-cu ildə respublikamızda ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirildi”.
ötən dövr ərzində bələdiyyələrin böyük təcrübə əldə etdiyni söyləyən R.Xəlilov əmin olduğunu vurğulayıb ki, bu seçkilərdən sonra formalaşacaq bələdiyyələr daha effektiv və səmərəli fəaliyyəti ilə dövlətimizin inkişafı prosesində layiqli yer alacaq.
Sabirabad rayonunda növbəti görüş Cavad kəndində baş tutub. Burada da səlahiyyətli nümayəndələr YAP-ın Azərbaycanın dövlətçilik tarixindəki yerindən və rolundan bəhs edib, ölkəmizdə bələdiyyə institutunun formalaşmasına verdiyi töhfələrdən danışıblar. Səlahiyyətli nümayəndələr seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Quruzma kəndində keçirilən görüşdə də seçicilərə bələdiyyələr haqqında ətraflı məlumat verilib, onların çoxsaylı sualları cavablandırılıb.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

