Şirvan seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
03.12.2009 [09:46]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri Şirvan şəhərinin seçiciləri ilə görüş keçirib. Görüşdə iştirak edən Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov bildirib ki, Azərbaycanda cəmisi 10 ildir fəaliyyət göstərən bələdiyyə sistemi artıq uğurları ilə yadda qalıb. Şirvan şəhəri üzrə bələdiyyələrə Yeni Azərbaycan Partiyasının namizədlər irəli sürdüyünü deyən Ə.İbrahimov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının hər zaman xalqımız tərəfindən dəstəkləndiyini bildirib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqitsadi siyasət nəticəsində regionlarımız böyük inkişaf yolu keçib. Artıq regionların inkişafında bələdiyyələrin də rolu genişləndiriləcək. Son illərdə Şirvan şəhərinin inkişafı göz önündədir. Bu baxımdan mən inanıram ki, dekabrın 23-də Şirvan seçiciləri məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, yaradılmasında yüzminlərlə YAP üzvünün yaxından iştirak etdiyi bələdiyyələr hər zaman xalqa xidmət prinsipini prioritet sayıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ölkəmizin inkişafını özündə ehtiva edən siyasi kurs hər zaman vətəndaşların rifahını, yaşayış səviyyəsinin yüksəlməsini və rahatlığını təmin edir. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də məhz bu siyasətin daha yüksək səviyyədə inkişaf etdirilməsinə çalışacaq. Seçki kampaniyasında Yeni Azərbaycan Partiyası seçicilərin qarşısına öz proqramı ilə çıxıb. Partiyamızın istək və arzuları, qarşısına qoyduğu məqsədlər bu proqramda öz əksini tapıb. Mən inanıram ki, seçicilər hər zaman olduğu kimi real işə qiymət verəcəklər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası hər zaman vətəndaşların rifahına çalışır. Mən əminəm ki, seçicilər səs verərkən hər zaman olduğu kimi bu amili yüksək qiymətləndirəcək”.
Millət vəkili Azay Quliyev də seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıb. Natiq bələdiyyələrin tarixi ilə bağlı qısa arayış verdikdən sonra bu strukturla bağlı mükəmməl qanunvericiliyin olduğunu önə çəkib: “Azərbaycan Respublikasında bələdiyyələrin hüquq və vəzifələri “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tənzimlənir və qanunda göstərilir ki, bələdiyyələrin yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf və yerli ekoloji inkişafla bağlı proqramları mövcud olmalıdır. ümumiyyətlə, son 10 ildə bələdiyyələrlə bağlı 30-a qədər qanun hazırlanıb. Bu isə onu deməyə əsas verir ki, bələdiyyələrin fəaliyyətinin, onların statusunun təkmilləşdirilməsini nəzərdə tutan qanunvericilik bazası tamamlanıb”.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Gülhüseyn Əhmədov Azərbaycan Respublikasının Milli Məclisinin bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişikliklər etdiyini xatırladıb. Bələdiyyələrin sayının azaldıldığını önə çəkən C.Əhmədov qeyd edib ki, bu yerli özünüidarət strukturlarının işinin daha da fəallaşmasına səbəb olacaq: “Bu addım hər bir mənada bələdiyyələrin güclənməsinə səbəb olacaq. Bu gün ölkəmizdə inkişafı hədəfləyən siyasət həyata keçirilir. Azərbaycan Milli Məclisi məhz bu inkişafın tərkib hissəsi kimi bələdiyyələrdə islahatların aparılmasını dəstəkləyib. Mən inanıram ki, qarşıdan gələn seçkilərdə Şirvan şəhərinin seçiciləri də inkişafa səs verəcək. Yeni Azərbaycan Partiyası hər zaman xalqına xidmət edib, dövlətçiliyin keşiyində dayanıb. Əminəm ki, hörmətli şirvanlılıar dekabrın 23-də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27

