Mehdiabad qəsəbəsinin sakinləri YAP-ın namizədlərini dəstəkləyir
04.12.2009 [09:30]
Dünən dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar olaraq təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Mehdiabad qəsəbəsində tədbir keçirib. Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev qeyd edib ki, təbliğat-təşviqat kampaniyası başlanandan bəri rayon təşkilatı tərəfindən bir sıra seçki hərəkətləri həyata keçirilib. Keçirilən görüşlərdə seçicilər ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət edən, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni keyfiyyət və məzmunda həyata keçirilən siyasi kursu dəstəklədiklərini bəyan etməklə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərə yekdilliklə səs verəcəklərini bildiriblər: “İnanıram ki, görülən işlər məntiqi nəticəni verəcək və partiyamız tərəfindən irəli sürülən namizədlər layiqli qələbə qazanacaqlar”.
Bilman Vəliyev, həmçinin, bələdiyyələr haqqında da danışıb: “Azərbaycanda bələdiyyə institutu 1999-cu ildə formalaşdı. ötən müddət ərzində bələdiyyələrin fəaliyyətində müəyyən çatışmazlıqlar olsa da, bu gün artıq onlar aradan qaldırılmaq üzrədir. Yəni, bələdiyyələrlə bağlı qanunvericilik bazası gücləndirilib, bu strukturların fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün bir sıra vacib qanunlar qəbul edilib”.
Bilman Vəliyev Mehdiabad qəsəbəsi bələdiyyəsi üzrə YAP-ın 13 namizədi olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, namizədlərin irəli sürülməsində Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərilə bağlı konsepsiyasına uyğun olaraq qadınların və gənclərin namizədliklərinin irəli sürülməsi ötən illərə nisbətən üstünlük təşkil edib.
Tədbirdə çıxış edən YAP-ın Mehdiabad qəsəbəsi bələdiyyəsinə namizədi Natiq Dünyamalıyev ötən müddət ərzində qəsəbədə bələdiyyə tərəfindən görülmüş işlərdən söz açıb. Onun sözlərinə görə, bələdiyyə tərəfindən qəsəbədə məktəblər, xəstəxana təmir edilib, yollara asfalt döşənib, istilik problemi həll olunub, su və kanalizasiya xətləri çəkilib: “İnanıram ki, Mehdiabad sakinləri bu dəfə də doğru seçim edərək YAP-ın namizədlərinə səs verəcək və bu işlərin davamlılığını təmin edəcəklər”.
çıxış edən Mehdiabad qəsəbəsi bələdiyyəsinə namizəd Höcətağa Cəbrayılov da qəsəbədə görülmüş işlərdən danışıb: “Mehdiabadda bir sıra məktəblər təmir edilərək yenidən insanların istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası budəfəki bələdiyyə seçkilərində də gənclərə və qadınlara böyük diqqət ayırdı. Bu, dövlətin gənclərə, qadınlara olan etimadının göstəricisidir. Biz çalışmalıyıq ki, partiyamızın, insanların bizə olan etimadını doğruldaq”.
Digər namizəd ülkər Həsənova bildirib ki, bələdiyyələr yerli problemlərin həlli ilə yanaşı, qəsəbədə bir çox məsələlərin də həllində yaxından iştirak etməlidir. çünki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr birbaşa olaraq insanlara xidmət edir.
Mehdiabad qəsəbəsi bələdiyyəsinə namizəd Samirə Məmmədzadə isə bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin etimadını doğruldacaq və gördüyü işlərlə bir daha insanların öz seçimlərində yanılmadıqlarını sübut edəcək.
Namizəd Vüsal Süleymanov isə bildirib ki, YAP öz üzərinə xalqımıza ən yüksək səviyyədə xidmət etmək missiyasını götürüb və bu günə qədər həyata keçirilən tədbirlərlə həmin missiyanın öhdəsindən layiqincə gəlib.
çıxış edən digər namizəd Aybəniz Mahmudova da deyib ki, hər zaman siyasi kampaniyalarda aktiv iştirak edən Mehdiabad sakinləri budəfəki seçkilərdə də yüksək fəallıq göstərəcəklər.
Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev Mehdiabad qəsəbəsi bələdiyyəsinin fəaliyyətinə toxunub və görülən işləri yüksək qiymətləndirib: “Mən inanıram ki, hər zaman dövlətçiliyə sədaqəti ilə seçilən mehdiabadlılar bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək”.
Sonra çıxış edən qəsəbə sakinləri bələdiyyənin gördüyü işləri yüksək qiymətləndiriblər. Bir sıra çatışmazlıqların olduğunu, Yeni Azərbaycan Partiyasının namizədləri bələdiyyələrə seçildikdən sonra onların da aradan qaldırılacağına inandıqlarını söyləyən sakinlər, budəfəki bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54

