YAP-ın fəaliyyətinin əsasında xalqa xidmət dayanır
05.12.2009 [09:34]
Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində dünən Nərimanov rayonunun Təbriz küçəsində seçicilərlə görüş keçirilib. YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, partiyanın Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bələdiyyə seçkilərinin ölkənin həyatında əhəmiyyətli siyasi kampaniya olduğunu bildirib. Onun sözlərinə görə, bütün seçkilərdə olduğu kimi bu siyasi kampaniyada da YAP monolit qüvvə kimi iştirak edir.
Səlahiyyətli nümayəndə partiyanın seçkilərdə müəyyən hədəflərinin olduğunu deyərək bütün bunların seçki konsepsiyasında əks olunduğunu söyləyib. O, həmçinin, qeyd edib ki, yerli özünüidarəetmə orqanlarının vəzifəsi insanlara səmərəli xidmət göstərmək və yerli sosial məsələlərin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir. Buna görə də, növbəti bələdiyyələr seçildikdən sonra bu meyarlara uyğun olaraq daha yüksək səviyyədə fəaliyyət göstərməlidirlər. özünün də namizəd olduğunu deyən T.Tağıyev partiyanın namizədlərinin seçkilərdə qələbə qazanacaqları təqdirdə insanlara ləyaqətlə xidmət edəcəklərini vurğulayıb. O, dekabrın 23-də seçiciləri fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıb.
YAP tərəfindən Nərimanov rayon bələdiyyəsinə namizədliyi irəli sürülmüş Əmir Abbasov bələdiyyələrin ölkənin sosial həyatında vacib rol oynadığını bildirib. Onun sözlərinə görə, zaman keçdikcə bu təsisatın cəmiyyətdəki rolu artır: “YAP xalqa xidmət edən partiya kimi bütün proseslərin önündə gedir. Bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməklə gələcəkdə sosial məsələlərin həllində özünüzə ən yaxın silahdaşlar qazanacaqsınız”.
İndiyə qədər müxtəlif qurumlarda çalışdığını deyən namizəd təşkilati işlərin həyata keçirilməsinin önəmli olduğunu bildirib. Onun sözlərinə görə, iş təcrübəsi bələdiyyələrdə də uğurlu fəaliyyətə təminat verir.
Nərimanov bələdiyyəsinə digər namizəd İradə Qarayeva seçkidə uğur qazanacaqları təqdirdə səlahiyyətləri çərçivəsində əhalinin sosial problemlərinin həllində yaxından iştirak edəcəklərinə söz verib: “Biz namizəd olaraq üzərimizə düşən vəzifələri aydın şəkildə dərk edirik. Rayonun abadlaşmasında imkanımız çərçivəsində iştirak edəcəyik. Biz elə işləyəcəyik ki, sabah insanlarla üz-üzə gələndə utanmayaq. Bələdiyyə üzvləri daim insanların arasında olmalı, onların qayğılarının aradan qaldırılmasında öz səlahiyyətləri çərçivəsində iştirak etməlidir. Bu məsulliyəti dərk edərək seçkilərdə iştirak edirik. Siz də seçkidə fəal olmalısınız. Vətəni, xalqı sevən insanlar kimi seçkilərdə fəal olun”.
Seçicilərdən Əsəd Əylisli dekabrın 23-də səsvermə prosesində fəal iştirak edəcəklərini deyib. O, bildirib ki, əhali yeni seçiləcək heyətdən çox işlər gözləyir: “Bilirsiniz ki, ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində sürətlə inkişaf edir. Bütün bölgələrdə abadlıq və quruculuq işləri aparılır. Bu prosesdə bələdiyyələr də fəal iştirak etməlidir. Ona görə də Nərimanov bələdiyyəsinə seçiləcək yeni üzvlərdən gözləntilərimiz böyükdür”.
Digər seçici Yunis Əliyev deyib ki, biz YAP-ın namizədlərinə inanırıq. O, yaşadığı məhəllənin problemlərini sadalayaraq yeni seçiləcək bələdiyyədən həmin problemlərin həllinə yardım göstərməyi xahiş edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

