YAP seçkilərdə böyük səs çoxluğu ilə qələbə qazanacaq
11.12.2009 [09:53]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası seçicilərlə görüşləri davam etdirir. Növbəti görüş Lerik rayonunun Piran kəndində baş tutub.
Görüşü giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov bələdiyyə seçkilərinə hazırlığın yüksək səviyyədə həyata keçirildiyini bildirib: “Rayon sakinləri ilə keçirilən görüşlər seçkilərin yüksək fəallıq şəraitində keçəcəyini deməyə əsas yaradır. Builki bələdiyyə seçkilərində daha bir mühüm amil namizədlərin arasında qadınların və gənclərin sayının nəzərəçarpacaq dərəcədə artmasıdır. çünki cəmiyyətin aparıcı qüvvəsi, yeniliklərin müəllifi olan gənclərin yerli özünüidarəetmə strukturlarına cəlb edilməsi yalnız uğurlarımıza hesablanmış bir addımdır. Qadınların da ictimaiyyətin problemlərinin həlli məsələlərində aktivləşməsi sevindiricidir”.
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu hakim partiyanın xalqın dəstəyi ilə bütün seçkilərdə inamlı qələbə qazandığını bildirib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və sabitliyimizin, rifahımızın möhkəmlənməsinə səbəb olan, inkişafa təkan verən siyasi və iqtisadi islahatlar kursunun yeni mərhələyə qədəm qoyduğunu deyən səlahiyyətli nümayəndə hər bir vətəndaşın bunu öz həyatında hiss etdiyini söyləyib. Bütün bu məqamlar cənab Prezidentin rəhbəri olduğu partiyanın xalq arasında nüfuz qazanmasına və dəstəklənməsinə başlıca zəmindir. ölkəmizin ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsinin məhz keçirilən seçkilərdə təsdiqini tapdığını deyən Hikmət Babaoğlu bələdiyyələrin də ümumi inkişafa töhfə verməkdə olduğunu söyləyib: “Bələdiyyələrin sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən mühüm dövlət proqramlarının icrasında iştirak etməsi, regionlarda sosial müdafiə və sosial inkişaf proqramlarının icrasına böyük diqqətlə yanaşması sosial problemlərin uğurlu həll variantları üçün meydan açır. Malik olduqları şərait, formalaşmış struktur və yaradılmış hüququ baza bu qurumların ölkəmizdə həyata keçirilən mühüm proqramların icrasında daha çox səy göstərmələrini tələb edir. Dövlət tərəfindən bələdiyyələr üçün müəyyən edilmiş səlahiyyətlər və onların əldə etdiyi yerli gəlirlər imkan verir ki, yerli özünüidarəetmə orqanları ən mühüm proqramları - məktəblərin tikintisi və bərpasını, təhsil və səhiyyə müəssisələrinin yeni avadanlıqlarla təmin olunmasını, mədəniyyət, turizm və idman komplekslərinin yaradılmasını və digər tədbirləri həyata keçirə bilsin”.
Bütün bu kompleks tədbirlərin həyata keçirilməsi üçün bələdiyyələrə böyük dəstək verən YAP-ın bu etimadını doğrultmaq üçün hər bir addıma məsuliyyətlə yanaşmağın vacib olduğunu bir daha vurğulayan Hikmət Babaoğlu bu seçkilərin də uğurla başa çatacağından əmin olduğunu dilə gətirib.
Millət vəkili, YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Mirkazım Kazımov da yerli özünüidaretmə orqanları olan bələdiyyələrin ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynadığını və bu quruma keçirilən seçkilərə hazırlığın partiya üzvləri qarşısında ciddi vəzifələr qoyduğunu diqqətə çatdırıb: “özünüidarəetmə orqanları bir struktur kimi Azərbaycanda 1999-cu ildə yaradılıb və tarix baxımından bu qurumlar o qədər də yaşlı deyil, hətta onları gənc də hesab etmək olar. Bununla belə, son illər ərzində qanunvericilikdə edilən dəyişikliklər və əldə olunmuş təcrübə onu deməyə əsas verir ki, artıq növbəti illərdə bələdiyyələrin daha aktiv fəaliyyətinin şahidi olacağıq”.
Tədbirdə çıxış edən Piran kəndinin ağsaqqalı Abbas Zahidov bildirib ki, Lerik sakinləri ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda həyata keçirilən islahatları dəstəkləyib, YAP-ın fəaliyyətinə öz sədaqət və sevgiləri ilə cavab veriblər: “Bu seçkilər isə bizim üçün daha bir sınaq olacaq və bu sınaqdan uğurla çıxacağıq. Əminəm ki, bütün seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də Lerik seçiciləri bir nəfər kimi YAP-ın namizədlərinə səs verəcəklər”.
YAP-ın bələdiyyə seçkilərinə namizədi Əhməd Əhmədov isə yerli bələdiyyələrin yarandığı gündən bu vaxta qədərki fəaliyyətinə toxunub. O, söyləyib ki, bələdiyyələrin işlərindəki nöqsanlar təcrübənin yoxluğundan irəli gəlib: “Bu gün isə bizim qarşımızda aydın fəaliyyət proqramı var. Həmin proqramı reallaşdırmaq üçün YAP seçkilərə “Xalqa xidmət naminə” şüarı ilə gedir. Bələdiyyələrin bütün fəaliyyəti bu şüarın gerçəkləşməsi istiqamətində qurulacaq. YAP öz namizədlərinin üzərinə çox böyük məsuliyyət qoyub və bu məsuliyyət seçkilərdən sonrakı beşillik fəaliyyət zamanı bir an olsun belə unudulmamalıdır”.
Görüşün sonunda isə qonaqlar seçiciləri maraqlandıran suallara cavab veriblər.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05

