Bələdiyyələrin əsas vəzifəsi xalqa xidmətdir
17.12.2009 [10:02]
Bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən Yeni Azərbaycan Partiyasının nümayəndələri Nərimanov rayonu “Həsən Əliyev-98a” ünvanında seçicilərlə görüş keçiriblər. YAP Nərimanov rayon təşkilatının sədri, partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Təmraz Tağıyev bələdiyyə seçkilərinin ölkənin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. O, qeyd edib ki, yerli özünüidarəetmə institutu Azərbaycanda yeni formalaşıb: “ötən 10 il ərzində bələdiyyələr müəyyən təcrübə qazanıblar. Bununla belə, bu sahədə görüləsi işlər çoxdur. Bilirsiniz ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz, xüsusilə regionlarımız inkişaf edir. Bu mənada, bələdiyyələr əhalinin sosial məsələlərinin həllində yaxından iştirak etməlidir”.
Səlahiyyətli nümayəndə qeyd edib ki, Nərimanov bələdiyyəsinə 19 üzv seçilməlidir. Təşkilat sədri YAP tərəfindən seçkilərdə qadınların və gənclərin namizədliyinə də üstünlük verildiyini deyib. özünün də bələdiyyə üzvlüyünə namizəd olduğunu bildirən T.Tağıyev budəfəki seçkilərdə YAP tərəfindən bələdiyyələrə ən layiqli namizədlərin irəli sürüldüyünü vurğulayıb: “YAP-ın bələdiyyə üzrə hər bir yerə namizədi var. İnanırıq ki, doğru seçim edib YAP-ın namizədlərinə səs verəcəksiniz. çünki partiyamızın fəaliyyətinin əsas qayəsi xalqa xidmət etməkdir. Təsadüfi deyil ki, biz bələdiyyə seçkilərinə “Xalqa xidmət naminə” şüarı ilə gedirik. Həmişə olduğu kimi, bu seçkilərdə də fəal olun və 23 dekabrda səsvermədə iştirak edin”.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Rafael Cəbrayılov vətəndaşları seçki hüququndan istifadə etməyə çağırıb. Onun sözlərinə görə, səsvermədə iştirak etməyənlərin seçkinin nəticəsinə şübhə etməyə haqqı yoxdur. Bələdiyyələrə dair mükəmməl qanunvericilik bazasının olduğunu deyən R.Cəbrayılov qeyd edib ki, bu institut əhalinin yerli problemlərinin həlli ilə məşğul olur. Səlahiyyətli nümayəndə bələdiyyələrin hər hansı orqanın deyil, yalnız vətəndaşların qarşısında cavabdeh olduğunu vurğulayıb. Ona görə də, insanlar bu hüquqlarından yetərincə istifadə etməlidirlər. Millət vəkili yerli özünüidarəetmə orqanlarının demokratik cəmiyyətin əsas atributlarından biri olduğunu bildirib.
Bələdiyyə seçkilərinin digər siyasi kampaniyalardan daha fərqli olduğunu deyən səlahiyyətli nümayəndənin sözlərinə görə, burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir. Bələdiyyələrə seçilmiş şəxslər əlbəttə, yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar.
Seçicilərdən Süleyman Mehdiyev Azərbaycanın sürətlə inkişaf etdiyini deyib. Onun sözlərinə görə, bu inkişaf prosesində bələdiyyələr də yaxından iştirak etməlidir. Seçici qeyd edib ki, bələdiyyə üzvü seçilən hər kəs öz məsuliyyətini bilməlidir.
YAP-ın Nərimanov bələdiyyəsinə digər namizədi İradə Qarayeva da seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb. Onun sözlərinə görə, seçicilərin səsvermədə iştirakı seçkilərin şəffaflığında mühüm rol oynayır. “Vətəni, dövləti sevirsinizsə, seçkilərdə fəal iştirak edin. Seçki hüququndan istifadə etməklə vətəndaşlıq mövqeyinizi bildirəcəksiniz. Bilirsiniz ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın məramı xalqa layiqli xidmət göstərməkdir. YAP-ın namizədlərinə səs verməklə siz onlardan layiqli xidmət görəcəksiniz” - deyə İ.Qarayeva bildirib. Bələdiyyələrin böyük səlahiyyətlərə malik olduğunu bildirən namizədin sözlərinə görə, hər bir seçicinin bələdiyyələrdən problemlərin həllini tələb etmək hüququ var. çünki bələdiyyələri xalq seçir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

