/ / Sumqayıtda YAP Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları ilə müşavirə keçirilib
Sumqayıtda YAP Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları ilə müşavirə keçirilib
26.09.2019 [09:59]
Sentyabrın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları ilə müşavirə keçirilib. Müşavirədə qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq, eləcə də ictimai-siyasi proseslərdə ərazi ilk partiya təşkilatlarının, partiya fəallarının üzərinə düşən vəzifələr və s. məsələlər müzakirə olunub.
Tədbirdə Baş nazirin müavini, YAP Sədrinin müavini Əli Həsənov və YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov iştirak ediblər.
Müşavirə iştirakçıları əvvəlcə Sumqayıt şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Daha sonra Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Sonra müşavirə Heydər Əliyev Mərkəzinin akt zalında öz işinə başlayıb. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP-ın Sədr müavini Əli Həsənov deyib ki, Yeni Azərbaycan Partiyası xalq üçün, Azərbaycanın gələcəyi üçün yaradılıb. Ümummilli Lider Heydər Əliyevi də hakimiyyətə xalq gətirdi. O, xalqı və dövlətimizi bütün təhlükələrdən xilas etdi. Əli Həsənov bildirib ki, bu gün Azərbaycan dinamik inkişaf edən dövlətdir, ölkəmizin dünyada böyük nüfuzu var. Onun sözlərinə görə, son 16 ildə ölkəmizdə böyük inkişaf baş verib: “Bu müddət ərzində görülən işlərə Prezident-xalq birliyi nəticəsində nail olunub. Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi iqtisadi artım, inkişaf yoxdur. Azərbaycan Prezidenti dünyanın nüfuzlu siyasi xadimləri sırasında yer alır. Doğrudur, həmişə inkişafımızı əngəlləmək istəyən qüvvələr olub, onlar bu gün də var. Amma Prezidentimizlə xalqın birliyi nəticəsində həmin qüvvələrin məqsədləri iflasa uğrayıb”.
YAP Sədrinin müavini həmçinin xaricdəki mühacir azərbaycanlıların yanlış yolda olduğunu deyib. O qeyd edib ki, mühacirlər ələ alınıb, Azərbaycana qarşı istifadə edilirlər: “Bu insanlara qarşı susmaq lazım deyil. İnzibati tədbir görməklə tərbiyə mümkün deyil. Bu, daha çox ictimai qınaq səviyyəsində olmalıdır”.
Ölkəmizin yeganə probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən Əli Həsənovun fikrincə, Azərbaycan Ordusu istəsə, torpaqlarımızı çox qısa müddətdə azad edə bilər. Amma Prezident İlham Əliyev yenidən qan tökülməsini istəmir. Ə.Həsənov bildirib ki, Ermənistanda hakimiyyətə Nikol Paşinyan gələndən sonra məsələnin müsbətə doğru həll ediləcəyinə ümid var idi. Amma Paşinyan da qeyri-konstruktiv yol tutub. Ona görə də, hamı bilməlidir ki, dövlətimiz Dağlıq Qarabağı və işğal olunmuş digər torpaqlarımızı hər an azad edə bilər və edəcək.
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə çıxışında deyib ki, bu gün sosial şəbəkələrin imkanlarından düzgün istifadə edilmir: “Bu imkanlardan istifadə olunaraq cəmiyyətdə qarışıqlıq yaratmaq istəyənlər var. Onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur”.
S.Novruzov bildirib ki, xaricdəki mühacir azərbaycanlıların bəziləri Azərbaycanda aparılan işlərə - islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər: “Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Belə olan halda YAP üzvləri daha fəal olmalıdırlar. Başqa ölkələrin 100 ildə keçə bilmədiyi yolu Azərbaycan qısa müddətdə keçdi. Əgər bir ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada inkişafdan söhbət gedə bilməz. Azərbaycan sabitlik adasıdır”.
S.Novruzov qeyd edib ki, YAP-ın rayon təşkilatları insanlar arasında təbliğat-təşviqat işini gücləndirməlidirlər: “Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları insanlara geniş şəkildə çatdırılmalıdır. Çünki müəyyən dairələr yalan məlumat yaymaqla ictimai rəyi çaşdırmağa çalışırlar. Hesab edirəm ki, bu dairələr xalqı aldada bilməz. Amma bütün hallarda biz arxayınlaşmamalı, öz işimizi fəal şəkildə davam etdirməli, doğru yolla inamla getməliyik”.
Tədbirdə həmçinin Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev çıxış ediblər.
Müşavirədə qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.
Sonda YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53

