YAP-ın qələbəsi tərəqqi və inkişafın davamlı olmasını təmin edəcək
17.10.2010 [13:46]
Dünən 74 saylı Lənkəran kənd seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Hadi Rəcəbli Lənkəran rayonunun İstisu və Havzava kəndinin seçiciləri ilə görüş keçirib. Tədbirdə çıxış edən YAP Lənkəran şəhər təşkilatı aparatının rəhbəri Əlimərdan Ağayev Hadı Rəcəblinin həyatı və fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib.
Ə.Mərdanov bildirib ki, Hadi Rəcəbli 1947-ci il oktyabrında Lənkəran rayonu Veravul kəndində anadan olub. O, Moskvada ali təhsil alıb, siyasi elmlər doktorudur. Uzun illər dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb. Hazırda Milli Məclisin Sosial siyasət komitəsinin sədridir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professorudur. H.Rəcəbli 8 kitabın, 200-ə yaxın elmi-publisistik məqalənin müəllifidir.
Tədbirdə çıxış edən YAP-ın 74 saylı Lənkəran kənd seçki dairəsindən irəli sürülmüş deputatlığa namizəd Hadi Musa oğlu Rəcəbli ölkəmizin inkişafından, əldə olunan uğurlardan bəhs edib. Hadi Rəcəbli bildirib ki, bu gün ölkəmizdə böyük quruculuq işləri aparılır. ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatlar həyata keçirilir. Son 6 il respublikamızın iqtisadi, siyasi, sosial, elmi, humanitar həyatında mühüm tarixi hadisələrlə zəngin olub. ölkə həyatının bütün sahələrində, eyni zamanda, daxili və xarici siyasətdə, ictimai bölmədə böyük nailiyyətlər əldə olunub.
Dövlətimizin başçısının mahir və çevik idarəetmə qabiliyyəti, Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən strateji qərarları, eyni zamanda, mükəmməl iqtisadi strategiyası nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikası qeydə alınmaqdadır.
Hadi Rəcəbli bildirib ki, son illərdə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrini əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyalarının uğurla həyata keçirilməsi xalqın iqtidara olan inamını daha da möhkəmləndirib. Xalqımızın istək və arzularına söykənən siyasətin davam etdirilməsi ölkəmizin tərəqqisi yolunda geniş üfüqlər açıb. Bütün qazanılan bu nailiyyətlər Azərbaycan Prezidentinə və Onun apardığı siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olub. ölkəmizdə xalqın vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirlər gücləndirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət bütövlükdə Azərbaycan xalqı, ictimaiyyət tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir. Məhz bu səbəbdəndir ki, vətəndaşlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük etimad göstərirlər. Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca təminatdır.
YAP-ın seçki proqramından ətraflı bəhs edən H.Rəcəbli deyib ki, partiyamız öz sıralarında, həm də namizədləri siyahısında cəmiyyətdə kifayət qədər nüfuza, intellektual potensiala malik olan və Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi istiqamətində çox önəmli işlər görmüş nümayəndələri birləşdirir. Bu faktor vətəndaşların YAP-a olan inamını daha da artırır.
İstisu və Havzava kəndlərinin seçiciləri bildiriblər ki, onlar artıq öz seçimini ediblər. Onlar üçün başlıca amil ölkəmizin inkişafı və sabitliyin möhkəmlənməsidir. Ona görə də, onlar hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
Seçicilərdən Yusub Ağayev, Maşallah Talıbov, Məzahir Kəlbiyev və Novruz Allahverdiyev Hadi Rəcəblinin rayonda böyük nüfuza malik olduğunu və seçicilərin dərin hörmətini qazandığını bildirərək noyabrın 7-də YAP-ın layiqli namizədinə səs verəcəklərini əmin ediblər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46

