Azər Badamov: Radikalların cəmiyyətə müraciət etməyə mənəvi haqqı yoxdur
16.04.2024 [12:32]
Azərbaycanda mövcud olan kiçik kəsimin – redikül müxalifətin əlindən bir iş gəlmədiyi hər kəsə bəllidir. Bu düşərgədə cəmləşənləri, o cümlədən də özünü yeri gəldi-gəlmədi rediküllərin lideri qismində təqdim edən AXCP sədri Əli Kərimlini ən yaxşı halda dil pəhləvanları kimi səciyyələndirə bilərik. Əli Kərimli və onun çiyindaşları cəmiyyətdə nüfuzlarını tamam itirdiklərinə görə sosial şəbəkələri, Qənimət Zahidin, filankəs O. qızının internet televiziya kanallarını özlərinə “fəaliyyət” meydanı seçiblər. Məsələ burasındadır ki, onlar bu platformalar üzərindən də qərəzli, düşmən dəyirmanına su tökən səslənmələr edirlər. Belə qənaət hasil olur ki, başda Əli Kərimli olmaqla rediküllər hansı yollarlasa milli maraqlarımıza xələl gətirmək kimi mənfur ənənələrindən əl çəkməyiblər. Son günlərdə rediküllər yeni mitinq anonsu edirlər.
Qeyd edək ki, hazırda Cənubi Qafqazla bağlı çox gərgin proseslər izlənilir. Bəlli güc mərkəzləri artıq öz ssenarilərini işə salıblar. Bölgədə uzun müddətli geosiyasi və geoiqtisadi maraqlarının təmin olunmasına çalışan və bu məqsədlə xain, fürsətcil xislətli Ermənistandan maşa kimi istifadə edən həmin mərkəzlər Azərbaycanın ümummilli ideyalarını həyata keçirməsindən, milli maraqlarının qorunmasında qətiyyət ortaya qoymasından, müstəqil siyasət kursuna sadiq qalmasından narazıdırlar. Onlar dövlətimizin qətiyyətli siyasi iradəsini qırmaq məqsədilə həm də qərəzli təbliğat kampaniyası aparırlar. Hər şeydən göründüyü kimi, redikül müxalifət, o cümlədən də Əli Kərimli bu kampaniyada yer alan “sapı özümüzdən olan baltalar” qismində çıxış edirlər.
“Xarici fondlar musiqini sifariş edirlər, radikal müxalifət isə aldığı pula görə musiqini ifa etməyə çalışır. Bu baxımdan radikalların 21 aprel tarixli mitinq açıqlaması da onların sifarişçilərinin növbəti məkrli planının tərkib hissəsidir. Planlaşdırılan mitinq ölkəmizdə yaranmış siyasi sabitliyi pozmağa və xalqı hakimiyyətə qarşı çıxarmağa hesablanıb. Bu gün radikallıqla məşğul olanlara təklif olunmuş siyasi dialoqdan imtina edilməsi də onların ağalarının tələbidir. Çünki, onlar üçün siyasi dialoq və sivil yolla siyasi mübarizə yox, radikallıq və cəmiyyətin parçalanması maraqlıdır. Bu baxımdan radikalların cəmiyyətə müraciət etməyə və siyasətdə mövcudluğuna dair mənəvi haqqı yoxdur”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat qeyd edib ki, dünyada baş verən prosesləri görə-görə xalqı meydanlara çağırmaqla ölkədəki sabitliyi pozmağa cəhd edilməsi xainlik və düşmənçilikdir.
“Amma xalqımız çox müdrikdir və dünyada baş verən prosesləri yaxşı dəyərləndirə bilir. Belə ki, Qərbin məkrli planlarının reallaşdırılmasına nail olunmuş ölkələrdəki xalqların həyatlarının necə məhv olunduğunu da görürük. Təbii ki, xalqımız ölkəmizdə qazanılmış uğurları yüksək dəyərləndirir və aparılan müstəqil siyasəti dəstəkləyir. Bu baxımdan radikal müxalifətin çağırışlarına qoşulanlar da olmayacaq”, - deyə o, bildirib.
Millət vəkili qeyd edib ki, öz ərazilərində suverenliyini təmin edərək sabitlik adasına çevrilmiş Azərbaycan Respublikasından narahat olan dairələr var: “Onlar müxtəlif hesabatlarda Azərbaycana qarşı qərəzli açıqlamalar verirlər, ölkə daxilində təmin olunmuş sabitliyi pozmağa çalışırlar və öz müstəqil siyasətini yürüdən ölkəmizi özlərinin əlaltısına çevirmək istəyirlər. Təbii ki, xalqımız Qərbə bu məkrli niyyətlərini ölkəmizdə reallaşdırmasına heç vaxt imkan verməyəcək”.
Mübariz
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

