Milli Məclisdə...
24.04.2024 [10:19]
Yeni Azərbaycan Partiyasına təşəkkür ünvanlandı
Aprelin 23-də Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası keçirilib. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib.
Əvvəlcə deputatlar Kamran Bayramov, Anar İsgəndərov, Siyavuş Novruzov, Cəbi Quliyev, Razi Nurullayev, Elşad Mirbəşir, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Zahid Oruc, Naqif Həmzəyev cari məsələlər ətrafında çıxış ediblər.
Deputat Qüdrət Həsənquliyev çıxış edərək bildirib ki, biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm: “Biz buradan Ermənistana müraciət etməliyik ki, Naxçıvana gediş-gəlişi bərpa etsin, sülh müqaviləsi imzalansın. Ermənistan xalqının yaxşı yaşaması qonşuları ilə yaxşı münasibətdən keçir. Düşünürəm ki, bu gün həm qonşu olan, həm də milyonlarla azərbaycanlının yaşadığı İran İslam Respublikası Azərbaycana qarşı münasibətini dəyişməlidir. Necə ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti nəticə vermir, İran da bu tip davranışlardan çəkinməlidir. İran vaxtında düz yola qayıtsa, yaxşı olar”, - millət vəkili qeyd edib.
Təklif: Səhiyyə məsələləri ilə bağlı dinləmə keçirilsin!
Deputat Razi Nurullayev çıxış edərək bildirib ki, Səhiyyə Nazirliyinin gördüyü işlər çoxdur: “Bununla bərabər, səhiyyə siyasətində ciddi axsamalar var. Yas məclislərində olan zaman şahidlik edirəm ki, bəzi yerlədə ürək, bəzi yerlədə onkoloji, bəzi yerlərdə şəkər və buna bənzər xəstəliklər üstünlük təşkil edir. Bunlar araşdırılırmı? Səbəblər nədir? Ətraf mühitə, suya, ərzaq məhsullarına, yaxud hansısa sənaye obyektlərinə və sairə. Buna görə də, ölkəmizin səhiyyə siyasəti ilə bağlı ictimai dinləmənin keçirilməsini təklif edirəm”.
Təklif: Azərbaycanda narkotiklərə qarşı mübarizə sahəsində qanunvericilik
sərtləşdirilməlidir!
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov narkotik vasitələrə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin sərtləşdirilməsini təklif edib.
Komitə sədri bildirib ki, bu gün bütün cəmiyyəti və hər kəsi narahat edən məsələ narkotikdir: “Gün ərzində mətbuatı oxuyanda rastlaşırıq ki, 5 nəfərdən 50 nəfərə qədər şəxs narkotik ticarəti, daşınması ilə bağlı məsuliyyətə cəlb olunur. Bu rəqəmlər tək narkotik qəbulu ilə yox, onun ticarəti ilə əlaqəlidir. Gör indi narkotik vasitələrdən istifadə edənlərin sayı nə qədərdir. Hesab edirəm ki, qanunvericiliyin digər hissəsində bu məsələni ciddi şəkildə sərtləşdirməliyik. Bu, istər İnzibati Xətalar Məcəlləsində, istərsə də Cinayət Məcəlləsində olmalıdır”.
Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi, “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş), “Dərman vasitələri haqqında” qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş) səsverməyə çıxarılaraq qəbul edilib.
Ardınca “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş), “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi (ikinci oxunuş), “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş), “Qida təhlükəsizliyi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş), Vergi, Gömrük məcəllələrə, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişiklik layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsi (birinci oxunuş), “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş) səsvermə yolu ilə təsdiqlənib.
Sonra Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik layihəsi (birinci oxunuş), Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), Mülki Prosessual, Ailə məcəllələrinə və “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş), Əmək və Mülki məcəllələrə dəyişiklik layihəsi (birinci oxunuş), Vergi Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş) səsverməyə çıxarılaraq qəbul edilib.
Beləliklə, Milli Məclisin yaz sessiyası üzrə keçirilən növbəti plenar iclası başa çatıb.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

