Günahsız körpələr...
04.06.2024 [10:50]
Beynəlxalq Aqressiya Qurbanı Olan Uşaqlar Günüdür
Onları sevindirmək çox asandır. Çünki istəkləri böyük deyil. Dünyanın harasında olursa-olsunlar, arzuları, istəkləri eynidir. Uşaqlar adi bir təbəssüm, mehriban baxış, xoş münasibətdən xoşbəxt ola bilirlər. Lakin onların bəzən məkrli oyunların, bitib-tükənməyən təmənnaların qurbanına çevrildiyi də acı bir həqiqətdir. Təəssüf ki, müxtəlif zamanlarda ömürlərinin sevgiyə, qayğıya daha çox ehtiyac duyduqları bir zamanda uşaqlar fəlakətlərlə üzləşir, sevincləri, gülüşləri əllərindən alınır, aqressiyaların qurbanına çevrilirlər.
Dünyanın 70-dən çox ölkəsində...
Körpələrin uşaqlıq dövrünün sevincindən məhrum edilməsində çox vaxt ailədaxili problemlərin də rolu böyükdür. Boşanmaların ağrısını ən çox onlar çəkirlər. Uşaqlarını çox sevdiklərini, onların yolunda hətta canlarından belə keçməyə hazır olduqlarını düşünən valideynlər və digər yaxın qohumlar yaratdıqları yersiz söz-söhbətlərlə, dava-dalaşlarla onların həyata inamlarını qırdıqlarının, yaşamaq sevinclərini əllərindən aldıqlarının, bir sözlə, uşaqlıqlarından məhrum etdiklərinin fərqinə belə varmırlar.
Statistik göstəricilərə əsasən, müxtəlif ölkələrdə hər il minlərlə uşaq minaya düşərək həyatını və ya sağlamlığını itirir. Dünyada 70-dən çox ölkədə 60 milyondan çox minanın basdırıldığı məlum olub. Onların da əsas qurbanları uşaq və yeniyetmələrdir.
Yeri gəlmişkən, iyunun 4-nü dünya ölkələri Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü kimi qeyd edir. Həmin gün dünyanın müharibə adlı fəlakətinin, dəhşətli bəlasının günahsız qurbanları anılır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 1982-ci il avqustun 19-da Fələstin məsələsi üzrə xüsusi sessiyasında aqressiya və təcavüzün qurbanı olan günahsız uşaqların xatirəsini iyunun 4-ü Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü kimi anmağı qərara alıb.
Hərbi münaqişələr zonasında yaşayan uşaqlar-gələcəyi olmayan uşaqlardır. Müharibələrdə yalnız əsgərlərin deyil, uşaqların da həlak olduğunu unutmamaq üçün BMT bu günü təsis edib.
Onları xoşbəxt gələcək gözləyirdi...
Müharibələr xalqımızın da yaddaşında ağrı-acılarla dolu silinməz izlər buraxıb. Azərbaycana qarşı 20-ci əsrin sonlarından torpaq iddiası adı altında təxribatlara başlayan ermənilər neçə-neçə günahsız uşağın həyatına son qoydu. Birinci Qarabağ müharibəsi illərində, ümumilikdə, 200-ə yaxın azərbaycanlı uşaq qətlə yetirildi. Təkcə Xocalı soyqırımı zamanı ermənilər tərəfindən 63 uşaq öldürüldü. 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirdi.
Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları arasında uşaqlar da az olmadı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Rəsmi qeydiyyata alınmış itkinlərin 71 nəfəri uşaqlardır.
Ermənistan silahlı qüvvələri 2011-ci il martın 8-də Ağdam rayonunun Orta Qərvənd kəndində, öz evlərinin həyətində dostları ilə oynayan 9 yaşlı Fariz Bədəlovu snayperlə hədəfə alaraq qətlə yetirdilər. 2017-ci il iyulun 4-də Füzuli rayonu Alxanlı qəsəbəsində 14 aylıq Zəhra Quliyeva nənəsi Sahibə Quliyeva ilə birgə Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəşlər nəticəsində şəhid oldular. Atəşkəs dövründə 34 azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 14-ü şəhid oldu, 20-si yaralandı.
Ermənistanın növbəti təxribatı nəticəsində 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində də günahsız uşaqlar şəhid oldular. Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqlarda yerləşən mülki əhalinin yaşayış yerlərini iriçaplı silahlardan atəşə tutdular. Azərbaycanın Tovuz, Gəncə, Bərdə, Tərtər, Mingəçevir şəhərlərinin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində həlak olanların arasında xeyli azyaşlı vardı. Neçə-neçə uşaq isə ya bir, ya da hər iki valideynini, digər yaxın qohumlarını itirdi, atəş nəticəsində uçmuş evlərinin dağıntıları altında qalaraq ağır xəsarət aldılar.
Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Onların cəmiyyətə təhlükəsiz və sağlam böyüməsi isə olduqca məsuliyyətli bir işdir. Bu baxımdan azyaşlıların müxtəlif aqressiyaların qurbanına çevrilməməsi inkişaf etmiş ölkələrin uşaqlarla bağlı siyasətinin əsasını təşkil edir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

