Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyədə avtobus qəzaya uğrayıb: ölən və yaralananlar var

Türkiyədə avtobus qəzaya uğrayıb: ölən və yaralananlar var

13.07.2024 [14:34]

Türkiyənin Muğla vilayətində turistləri daşıyan avtobus qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, çox sayda yaralı var. 

AZƏRTAC xəbər verir ki, şəhərin Ula rayonu ərazisində baş verən qəza avtobus sürücüsünün sükana nəzarəti itirməsi nəticəsində olub. Əyləcinin işləmədiyi müəyyən olunan avtobus üç avtomobil ilə toqquşduqdan sonra bir bağça divarına çırpılıb. 

Hadisə ilə bağlı açıqlama verən Ula Bələdiyyəsinin başçısı Mehmet Caner avtobusun Dənizlidən gəldiyini deyib. Bildirilib ki, avtobusun divara çırpılması nəticəsində 11 yaşlı bir qız həyatını itirib. Yaralılar xəstəxanalara yerləşdirilirlər. Onlardan üçünün vəziyyəti ağırdır.

Paylaş:
Baxılıb: 802 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31