Azərbaycan müharibədə qalib gəlib və bu reallıq nəzərə alınmalıdır
21.12.2021 [20:02]
Cavid Osmanov
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı
Prezident cənab İlham Əliyevin İspaniyanın “El Pais" qəzetinə müsahibəsi Azərbaycan həqiqətləri və postmünaqişə dövründəki proseslərin gedişatı haqqında hər bir oxucuda əyani təsəvvür yaradır. Müsahibədə 44 gün davam edən müharibə zamanı Ermənistan ordusunun tamamilə məhv edildiyi və bu ölkənin ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldığı xüsusilə vurğulanır. Lakin bu acı məğlubiyyətlə barışa bilməyən Ermənistan qisas almaq cəhdlərindən vaz keçmək istəmir. Məhz bunun üçün də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür və onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər. Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsidir. Sərhədin haradan keçməsi ilə bağlı olan anlayışa əsasən, Azərbaycan Ordusu dövlət sərhədində mövqe tutub. Odur ki, Ermənistanın ərazisinə Azərbaycanın hər hansı bir səbəb olmadan müdaxilə etməsi ilə bağlı rəsmi İrəvanın iddiaları əsassızdır.
Azərbaycanın rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izlədiyini qeyd edən Prezident İlham Əliyev bütün təhlükələrin dərhal aradan qaldıracağını bəyan etmişdir. Ermənistandan fərqli olaraq Azərbaycan sülh tərəfdarıdır və Ermənistanla sülh danışıqlarına, sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Lakin Azərbaycanın bu çağırışına Ermənistan rəhbərliyindən heç bir cavab verilməyib. Bu, isə onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir.
İspaniyanın “El Pais" qəzetinə müsahibəsində Prezident cənab İlham Əliyev bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını qeyd edərək bildirmişdir ki, Avropa tərəfdaşlarının Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklərinə ümidvardır. Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Azərbaycan müharibədə qalib gəlib və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməlləri və ərazi iddialarından çəkinməli, eyni zamanda bu ölkədə anlamalıdırlar ki, Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur.
30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Azərbaycanın şəhər və kəndləri yerlə-yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi ermənilərin etdiklərini öz gözləri ilə görüblər. Ağdam mövcud deyil, Füzuli mövcud deyil, tamamilə yerlə-yeksan edilib. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insanın, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri var.
Prezident cənab İlham Əliyev müharibə başa çatandan sonra Azərbaycanın Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdiyini qeyd edərək bildirmişdir ki, bunu beynəlxalq müşahidəçilər də sübut edə bilərlər. Hazırda saxlanılan şəxslər isə hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. İndiyədək Azərbaycan 100-dən çox saxlanılan şəxsi azad edib. Cinayət törədənlər isə mühakimə olunublar. Bu cür proseslər Azərbaycan qanunvericiliyi çərçivəsində, ədalət və humanizm üzərində qurulmalıdır.
Ölkə başçısı cənab İlham Əliyev Ermənistanın inkişafı üçün yeganə yolun Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasından keçdiyini vurğulayaraq bu istiqamətdə Ermənistanda ictimai rəyin formalaşdırılmalı olduğunu qeyd etmişdir. İki ölkə arasındakı münasibətlərin normallaşması üçün Rusiya və Avropa İttifaqı istək nümayış etdirir. Uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər. Uzun illər davam edən işğaldan və düşmənçilikdən sonra beynəlxalq oyunçular prosesə birmənalı şəkildə dəstək nümayiş etdirməlidirlər.
Xəbər lenti
Hamısına baxMədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27

