Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək

Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək

28.06.2022 [09:19]

Tehran Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısına ev sahibliyi edəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, tərəflər görüşü bu il ərzində keçirmək istəyir. Lakin Çavuşoğlu görüşün dəqiq tarixini açıqlamayıb.

Türkiyə və İranın ətraf mühitlə bağlı birgə fəaliyyətinin zəruriliyinə diqqət çəkən nazir iki ölkənin mütəxəssislərinin bir araya gələcəyini bildirib.

Çavuşoğlu əlavə edib ki, Türkiyənin İranla köklü və tarixi əlaqələri var, bu əlaqələri hər sahədə genişləndirmək və hər iki ölkəyə fayda verəcək şəkildə inkişaf etdirmək əzmindədirlər.

Paylaş:
Baxılıb: 2137 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31