Onlar susurlarsa...
25.11.2022 [10:57]
Bu gün Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür
Səidə RƏHİMLİ
Qadınların cəmiyyətdəki rolu danılmazdır. Onlar həm bizləri yetişdirən ana, həm qayğımıza qalan yoldaş, həm də üzümüzü güldürən övladdırlar. Bir sözlə, qadınlar dünyamızı gözəlləşdirən, bizi biz edən varlıqlardır.
Çox təəssüf ki, dünyanın bir çox yerində dəyərli varlıqlarımız olan qadınlara yersiz bəhanələrin arxasına sığınaraq zorakılıq tətbiq edilir. Qadınlara qarşı haqsız yerə törədilən fiziki, psixoloji, sosial və cinsi zorakılıqlar bitmək bilmir. Hər gün mediadan qadına qarşı edilən zorakılıqlarla bağlı onlarla xəbər alırıq. Zorakılığa məruz qalmış qadının yaşadığı çarəsizliyi təsəvvür etmək belə çətin gəlir. Belə canilər dövlətimiz tərəfindən ən ağır şəkildə cəzalandırılırlar. Bəs zorakılığa məruz qalan, amma qorxub susan qadınlar? Onlara bunu edənlər nəyə görə cəzasız qalmalıdır?
Çox yaxını və ya heç tanımadığı şəxslər tərəfindən fiziki, psixoloji, sosial və cinsi zorakılığa məruz qalan qadınlar özlərini susmağa məcbur hiss edirlər. Onları susmağa məcbur edən səbəblər isə dəhşətlidir:
* maddi vəziyyətinin yaxşı olmaması - “susmayıb danışsam, məni evdən atsalar, nə edərəm?” - deyə düşünərək zorakılığa dözməli olurlar;
* ailədə və ya cəmiyyətdə rüsvay olması, el qınağı, xəcalət hissi - təəssüf ki, el qınağı bizi bir çox məsələdə geri salır və zorakılığa məruz qalmış qadınları da susmağa vadar edir;
* uşaqlar - analar onlar üçün hər cür çətinliyə sinə gərir və zorakılıqlara susmaq məcburiyyətində qalırlar. Analar övladlarına zərər gəlməsin deyə hər an canlarından keçməyə hazırdırlar;
* valideyn və ya yaxınlarının dəstək olmaması - hər qızın atası onun ilk qəhrəmanıdır. Amma bəzən bu qəhrəmanlar özləri nağılın düşmən obrazlarına çevrilirlər. “Ərindi, susmalısan”, “Ər evindən bundan sonra ancaq ölün çıxa bilər” - bunlar bir valideynin qurmalı olduğu cümlələr deyil. Heç bir qızın ilk qəhrəmanı belə dəyişməməlidir.
Bu səbəblər sırasında olan inamsızlıq, cəsarətsizlik, çarəsizlik - hər biri onları dözməyə və susmağa məcbur edir. Əsas da cinsi zorakılığa məruz qalan qadınların əksəriyyəti susmadıqları zaman bəzi “insanlar” tərəfindən mütləq günahlandırılırlar. Buna görə də cinsi zorakılığa məruz qalan qadınlar çox vaxt özlərinə qəsd edirlər.
Dinimizdə qadınlara verilən dəyər aşkardır: cənnət qadınların ayaqları altındadır. Bəs bu canilər qadınların cəmiyyətdəki rolunu, dinimizdə onlara verilən bu dəyəri niyə göz ardı edirlər? Onları əzməyə çalışaraq nə qazanırlar?
Qlobal problem olan qadın zorakılığına ictimaiyyətin diqqətini çəkmək, hökumət, beynəlxalq və qeyri-hökümət təşkilatlarını bu mövzuda müxtəlif tədbirlərin görülməsinə çağırmaq məqsədilə BMT-nin Baş Assambleyası 1999-cü ildən 25 noyabr tarixini Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü olaraq elan etdi. Azərbaycanda qadın zorakılığının qarşısının alınması ilə bağlı bir çox tədbirlər həyata keçirilir.
Zorakılığa məruz qalan hər bir qadın hüquqlarından xəbərdar olmalı, bu zaman kimə və hara müraciət edəcəyini bilməlidir. Qadınlarımız zorakılıqla üzləşən zaman ya müvafiq hüquq-mühafizə orqanına, ya Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etməli və yaxud da “mia.gov.az” saytına daxil olub onlayn şəkildə müraciət etməlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (012) 498 00 92 nömrəsinə də zəng etmək mümkündür.
Qadın zorakılığına qarşı olan bütün çıxışlarda tək bir şüar var - “Qadınlar, susmayın”. Susmayın ki, zorakılıq törədənlər cəzalandırılsın. Hər birinizin təhlükəsiz, zorakılıq olmayan həyatda yaşamaq hüququ var. Heç kimin bunu əlinizdən almasına icazə verməyin. Burada bizlərin də öhdəsinə mühüm bir vəzifə düşür: ətrafımızda şahid olduğumuz heç bir zorakılığa qarşı biganə qalmayaq. Onlar susursa, biz onların səsi olaq!
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16

