69-cu sənəd...
14.01.2023 [10:30]
Əfv sərəncamı nə vaxt olacaq?
“Heydər Əliyev İli” münasibətilə növbəti əfv prosesinin həyata keçiriləcəyi gözlənilir
Nardar BAYRAMLI
Yanvarın 12-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb. Komissiyanın növbəti iclasının yanvarın 17-də keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin humanizm ideyalarına böyük önəm verməsi və buna uyğun addımlar atılması vətəndaş həmrəyliyinə, insanların dövlətə inam və etimadının artmasına xidmət edib.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti
Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə Əfv Məsələləri Komissiyası ilə əvəz olunub. Bütövlükdə,
1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv Fərmanının imzalanması mühüm əhəmiyyətə malikdir. Ümummilli Lider tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Bunlarla yanaşı, ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini və ənənələrini layiqincə davam etdirən Prezident İlham Əliyev əfv institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib.
İlham Əliyev dövlət başçısı kimi 36 əfv Sərəncamı imzalayıb.
Əfv barədə imzalanmış 68 fərman və sərəncam 8987 nəfərə şamil edilib
Bütövlükdə, indiyə qədər əfv barədə imzalanmış 68 fərman və sərəncam 8987 nəfərə şamil edilib. Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktı qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib. Ümumilikdə isə, 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum cəzaçəkmə müəssisələrindən azad olunub. Bir faktı qeyd edək ki, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərar 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Amnistiyanın tətbiqi nəticəsində şəxslər ayrı-ayrı cəzalardan, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediliblər, bəzilərinin isə cəza müddəti azaldılıb. Bütün bunlar Azərbaycan dövlətinin humanizm siyasətinin əyani ifadəsidir.
Komissiyanın iclasları may ayına qədər davam edəcək
Yanvarın 12-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi də bu istiqamətdə növbəti addımların atılacağını deməyə əsas verir. Məsələ ilə bağlı Komissiyanın üzvü Əliməmməd Nuriyev qəzetimizə açıqlamasında bildirib ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi münasibətilə növbəti əfv prosesinin həyata keçiriləcəyi gözlənilir. Onun sözlərinə görə, Prezident İlham Əliyev hər zaman öz fəaliyyətində humanizm prinsiplərini əsas götürür: “Əlbəttə ki, əfv hüququ cənab Prezidentin müstəsna konstitusion səlahiyyətidir. Amma Əfv Məsələləri Komissiyasının iclaslarından sonra bir qayda olaraq əfv sərəncamlarının imzalanmasının şahidi olmuşuq. Müraciətlərə gəlincə, məhkumlar, onların ailə üzvləri, vəkilləri, eyni zamanda QHT nümayəndələri, deputatlar tərəfindən müraciətlər olub. Əlbəttə, bütün müraciətlərin ünvanı cənab Prezidentdir. Bu da Prezidentə inam və etibarla bağlıdır”.
Ə.Nuriyev qeyd edib ki, bu il komissiyanın üzərinə böyük məsuliyyət düşür: “Komissiya öz işini Prezidentin müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq həyata keçirir. İclaslarda Komissiyaya daxil olan müraciətlər hərtərəfli araşdırılacaq. Qanunvericiliklə müəyyən edilmiş kriteriyalara uyğun olaraq rəylər hazırlanıb, dövlət başçısına təqdim olunacaq. Komissiyanın iclasları may ayına qədər davam edəcək. 2023 cü il sıradan il deyil. Azərbaycan tarixində müstəsna rolu olan, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı daha çox insan əfv oluna bilər”.
Xəbər lenti
Hamısına baxElm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42

