Öz gözündə tiri görməyənlər...
22.06.2023 [11:24]
Kəşfiyyat xidmətinin rəhbərinin açıqlamasından da bəlli olduğu kimi, öz gözündə tiri görməyən İran rejimi ölkədə baş verənlərə görə kənar güclərin ünvanına ittihamlar irəli sürür. Rejimin beynəlxalq birliyin sərt qınaqlarına tuş gəlməsini şərtləndirən amillərin sayı isə həqiqətən çoxdur. Bunlardan yalnız bir neçəsinə diqqət çəkmək kifayətdir ki, bütövlükdə siyasi hakimiyyətin antixalq və antihumanist mahiyyəti barədə konkret təsəvvür yaransın.
- Bu sırada ilk növbədə rejimin ardıcıl səciyyə daşıyan repressiv siyasətinə diqqət çəkmək istərdik. 1979-cu ildən bəri aldadılan, qorxudulan İran cəmiyyəti daha əvvəlki kimi yaşamamaqda israrlıdır. İnsanların qəlbindəki rejimə qarşı nifrət qığılcımının alova çevrilməsi bir an məsələsi idi. Bu an 13 sentyabr 2022-ci il tarixində qadınlardan gəldi. Həmin tarixdə İranın əxlaq polisi hicab qaydalarını pozma ittihamı ilə gənc Məhsa Əminini həbsə aldı. Məhsa Əmini həbsə alınandan üç gün sonra dünyasını dəyişdi. Hakimiyyət ciddi-cəhdlə təkzib etsə də, cəmiyyət “gənc qadının fiziki zorakılığın qurbanına çevrildiyi” qənaəti ilə etirazlara başladı. Həmin tarixdən on ay vaxt ötsə də, etirazlar səngimək bilmir. Etirazlar dalğası ölkənin əksər bölgələrini bürüyüb, bu gün bütün İran çalxalanır.
Ölkədə qadın hüquqları zəminində başlayaraq sözün əsl mənasında inqilaba çevrilən hərəkatın İran rejiminin sonunu yaxınlaşdırdığı artıq etiraf olunur. Ötən 44 il ərzində İran mollakratiyasını bu qədər sarsıdan və laxladan etiraz dalğasına təsadüf edilməyib. Etirazlar genişləndikcə, yeni şəhərləri, vilayətləri əhatə etdikcə, rejimin zərif cinsin təmsilçilərinə, bütövlükdə cəmiyyətə qarşı qəzəbi və nifrəti də artır. Hakimiyyət nümayəndələri bu ölkədə qadın hüquqları və azadlığından danışanları “qərb mədəniyyətinin təbliğatçısı”, “casus”, “iğtişaşçı”, “qiyamçı” və başqa ifadələrlə damğalayır. Verilən xəbərlərə görə, İranın güc strukturları həbs olunan etirazçı qadınlarla, gənclərlə ən qəddar şəkildə davranır, onlar yalnız fiziki işgəncələrə məruz qoyulmur, həm də mənəvi zorakılıqlarla üzləşirlər.
- İranın xoş niyyətə əsaslanmayan qonşuluq siyasəti, terroru dəstəkləməsi, narkotrafik qurması bu ölkənin siyasi hakimiyyətinin beynəlxalq qınaqlarla üzləşməsini şərtləndirən digər bir amildir. Bu ölkənin öz qonşularına qarşı belə sərgilədiyi qərəzçilik mövqeyinin mahiyyəti başa düşülmür. Məsələn, Azərbaycan 44 günlük müharibədə qazandığı Qələbə sayəsində regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar əməkdaşlığın genişlənməsi, təhlükəsizliyin möhkəmlənməsi üçün fundamental zəmin anlamında qəbul olunur. İran Azərbaycanın qələbəsini həzm edə bilmir. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın yanında yer alır, ona hərtərəfli dəstək verir. İranın vaxtilə işğal altında olan ərazilərimizdə separatçı rejim və Ermənistan üzərindən Avropayadək uzanan narkotrafik qurduğu barədə faktlar da acı təəssüf və ikrah doğurur.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

