Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Həftə sonunadək Abşeron yarımadası isti hava dalğasının təsiri altında olacaq

Həftə sonunadək Abşeron yarımadası isti hava dalğasının təsiri altında olacaq

07.08.2023 [15:47]

Həftənin sonunadək Abşeron yarımadasının isti hava dalğasının təsiri altında olacağı, havanın temperaturunun 37-40 dərəcəyə çatacağı, zəif küləklərin əsəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov APA-ya bildirib ki, yüksək temperatur, durğun və rütubətli hava şəraitində bəzi saatlarda bürkü yarana bilər.

Şəhər mühitində gecə saatlarında da havanın temperaturu normadan yüksək olur.

“Bu cür hava şəraiti əksər əhali üçün əlverişsizdir. Belə günlərdə tez-tez maye qəbul etmək, günəş altında olarkən baş örtüklərindən və ya çətirlərdən istifadə etmək, açıq havada uzun müddət qalmamaq tövsiyə edilir. Özünüzü günvurma və istivurmadan qoruyun”, - o deyib.

Qeyd edək ki, havanın temperaturu iqlim normasından 4,6 dərəcə yüksəkdir.

Paylaş:
Baxılıb: 582 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31