Həmkarlar ittifaqları İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir
21.12.2023 [10:21]
AHİK-in növbədənkənar VI Qurultayında qərar qəbul olunub
Dekabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI Qurultayı keçirilib. Bakı Konqres Mərkəzində keçirilən tədbirdə üç minə yaxın nümayəndə iştirak edib.
Qeyd edək ki, 26 sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqı olan AHİK-in 1 milyon 500 min üzvü var.
Qurultayda 5 məsələ müzakirə olunub. İlk olaraq İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyə namizədliyinin dəstəklənməsi barədə qərar qəbul olunub. AHİK-in İcraiyyə Komitəsinə İlham Heydər oğlu Əliyevin 2024-cü ilin fevral ayında keçiriləcək prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı müvafiq tədbirlərin təşkili və həyata keçirilməsi ilə bağlı tapşırıq verilib. Eyni zamanda, AHİK-in VI qurultayının iştirakçıları gələn ilin fevralında növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul ediblər.
“Əminik ki, 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində həmişə olduğu kimi, Azərbaycan xalqı sarsılmaz birliyini, həmrəyliyini qoruyaraq tərəqqiyə, inkişafa səs verəcək”-deyən AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının ötən 20 ildə qazandığı nailiyyətlərdə və inkişafında Prezident İlham Əliyevin böyük dəstəyini qeyd edib. “Konfederasiyada birləşən 1,5 milyon həmkarlar ittifaqı üzvü prezident seçkilərində Vətənimizin bütövlüyünü təmin edən, ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxaran dövlət başçısı İlham
Əliyevin ölkə prezidentliyinə namizədliyini yekdilliklə dəstəkləyir və seçkilərdə ona səs verəcəklərini bəyan edirlər. Biz xalqımızın parlaq gələcəyini, ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamını Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyində görürük”, - deyə AHİK sədri vurğulayıb.
Daha sonra S.Möhbalıyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, 2018-2023-cü illərdə işçilərin əmək hüquqlarının pozulması ilə bağlı həmkarlar ittifaqının hüquq müfəttişləri tərəfindən məhkəmələrə 79 iddia ərizəsi ilə müraciət edilib. Bunlardan 63 iddia tələbi işə bərpa ilə əlaqədar olub, tələblərin hamısı məhkəmələr tərəfindən təmin edilib. Əsas məqsəd işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə yanaşı, eyni zamanda, bu sahəyə məsul şəxslərin məsuliyyətinin artırılmasıdır.
AHİK sədri diqqətə çatdırıb ki, hesabat ilində həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətlərinin təşkilinə 154 milyon 658 min manat vəsait xərclənib. Onun sözlərinə görə, indiyədək 700 nəfər tələbəyə 300 min manata yaxın adlı təqaüd verilib, 180 nəfərə yaxın tələbənin təhsil haqqı ödənilib.
Müzakirələr nəticəsində qurultay iştirakçıları AHİK-in 2018-2023-cü illər üzrə hesabatını qəbul ediblər. Təftiş komissiyasının hesabatı dinlənildikdən sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin seçilməsi məsələsinə baxılıb. Səttar Suliddin oğlu Möhbalıyev yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.
Bununla da, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VI qurultayı öz işini başa çatdırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

