Ölümsüzlüyə qovuşan ömür...
21.12.2023 [10:41]
Ziya Bünyadov-100
Azərbaycan xalqı çoxsaylı ziyalılar, dahi şəxsiyyətlər yetişdirib. Bu dəfə haqqında söhbət açacağımız şəxs şərqşünaslıq elminin ən görkəmli nümayəndələrindən biridir. Həyatı və fəaliyyəti parlaq bir ömrün güzgüsü olaraq zəngin yaradıcılıq və qəhrəmanlıq yolunu əks etdirir. O, fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq və tarix elmlərinin inkişafına mühüm töhfələr verib. Söhbət dünyaşöhrətli şərqşünas alim və ictimai xadim, akademik Ziya Bünyadovdan gedir.
Dekabrın 21-i görkəmli akademikin anadan olmasının 100 ili tamam olur. Ziya Bünyadov 1923-cü ildə Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub.
Akademik elmi yaradıcılıq yolu kifayət qədər zəngindir. O, respublikamızda şərqşünaslıq və tarix elmlərinin yeni mərhələyə yüksəlməsinə, elmin təşkili işinə böyük əmək sərf edib. Ziya Bünyadovun fundamental araşdırmalarında orta əsr müsəlman Şərqi dövlətlərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı dərin təhlillər əsasında dolğun əksini tapıb. İlk dəfə onun elmi ictimaiyyətə çatdırdığı və dilimizə mükəmməl surətdə çevirərək əhatəli müqəddimə və şərhlərlə nəşr etdirdiyi bir çox nadir mənbələr bu gün də davamlı istinad olunan ən mötəbər qaynaqlar sırasındadır. Ziya Bünyadov Azərbaycan xalqının tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı daim ardıcıl və qətiyyətli mübarizə aparıb. O, taleyüklü milli məsələlərə münasibətdə hər zaman vətənpərvər ziyalı mövqeyi ilə seçilib.
Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında Ziya Bünyadovun fəaliyyəti təqdirəlayiqdir. Onun “Azərbaycan Atabəyləri dövləti. 1136-1225-ci illər” əsəri elmi ictimaiyyətin böyük qiymətini almaqla yanaşı, həm də 1980-ci ildə Azərbaycanın Dövlət mükafatına layiq görülüb. 1965-ci ildə çap olunmuş “Azərbaycan VII-IX əsrlərdə” kitabı ona Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis şöhrəti qazandırıb. O, akademik Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edib.
Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Akademik Nəsimin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edərək deyib: “Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır”.
1990-cı illərdə Bünyadov Bakının Azadlıq meydanında nitq söyləyən, Ermənistanın Azərbaycana hərəkətlərinə qarşı çıxan və ermənilərin iddialarına etiraz edən, bu sahədə ən çox söz söyləyən insanlardan biri olub. Ziya Bünyadov öz çıxışlarında dəfələrlə erməni tarixçilərin iddialarına cavab verib.
Görkəmli alim şərqşünas kadrların hazırlanmasında da böyük xidmətlər göstərib. Akademik 27 namizədlik işinin rəhbəri və məsləhətçisi, 12 doktorluq dissertasiyasının opponenti olub.
Akademikin həyatına 1997-ci il fevralın 21-də faciəli şəkildə son qoyulub. O, öz evinin astanasında qətlə yetirilib.1998-ci ildə vəfatından sonra Azərbaycanın “İstiqlal” ordeninə layiq görülüb. Bakının böyük prospektlərindən birinə alimin adı verilib, AMEA-nın Şərqşünaslıq İnstitutu mərhum akademikin adını daşıyır.
Alimin elmi yaradıcılığına və fəaliyyətinə ən dəqiq və tutarlı dəyər Ulu Öndər tərəfindən verilib. Heydər Əliyev görkəmli akademik haqqında hər zaman yüksək fikirdə idi. Ümummilli Lider deyirdi ki, Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev bu il sentyabrın 28-də “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Qeyd edək ki, bu gün AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə mərhum akademikin 100 illiyinə həsr olunmuş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi-konfrans keçirilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22

