107 yaşlı DSX!
18.08.2026 [09:05]
Sərhədlərimizin keşiyində keçən şərəfli tarix...
“Sərhəd” anlayışı hər bir xalq üçün xüsusi məna daşıyır və müqəddəs hesab olunur. Çünki sərhəd dövlətin müstəqilliyinin hökm sürdüyü ərazinin bütövlüyünü və toxunulmazlığını ifadə edir. Bu sərhədlər həm də hər birimizin doğulduğu, böyüdüyü və Vətən bildiyi torpaqları əhatə edir.
Azərbaycan əsgəri Vətənin havasını qoruyur ki, udmağa nəfəsi olsun, suyunu qoruyur ki, damarlarında qanı olsun, torpağını qoruyur ki, üzərində gəzməyə haqqı olsun. Vətən keşikçiləri doğulub boya-başa çatdıqları yurdu qorumaqla onun gerbinə, bayrağına, himnindəki misralarına çevrilə bilir. Yəni Azərbaycan əsgəri dövlətinin sərhədlərinin etibarlı müdafiəsini təşkil etməklə müstəqillik rəmzlərinin də qoruyucusuna çevrilir. Beləliklə, hər bir vətəndaş sərhəddəki, səngərdəki, döyüş növbəsindəki əsgərə söykənir.
Sərhəd Qoşunlarımızın keçdiyi tarixi yol
Bu gün Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramıdır. Azərbaycanda milli sərhəd xidmətinin yaranma tarixi Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dövrünə, 1918-ci ilə gedib çıxır. Həmin il iyunun 22-də Azərbaycanda ilk dəfə olaraq Poylu sərhəd postu yaradılıb, digər istiqamətlərdə də bənzər məntəqələrin yaradılması işinə başlanılıb. 1919-cu il avqustun 18-də Azərbaycan Demokratik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul edib. Bundan sonra əlavə olaraq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilib. Lakin 1920-ci ildə AXC süqut etdiyindən sərhəd mühafizəsinin formalaşması prosesi yarımçıq qaldı.
90-cı illərin əvvəlində tarixinin ən ağır günlərini yaşayan Azərbaycan ermənilərin işğalçı siyasəti nəticəsində torpaqlarının 20 faizini itirdi. 30 ilə yaxın müddətdə 132 kilometrlik İran-Azərbaycan sərhədini nəzarətdə saxlayan Ermənistan bu illər ərzində həmin əraziləri “boz zona” kimi istifadə edərək qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olub.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra isə qonşu dövlətlərlə sərhədlərini daha da möhkəmləndirdi. Azərbaycan Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Xəzər dənizi vasitəsilə isə Türkmənistan və Qazaxıstanla sərhədləri var.
Üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş, DSX-nın təşkilinə qədər bütün proseslər bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının çox ağır, çətin və mürəkkəb dövründə ordu quruculuğu sahəsində də böyük işlər görməyə nail oldu. Təsadüfi deyil ki, o, Ali Məclisin sədri seçildikdən cəmi 3 gün sonra, 1991-ci il sentyabrın 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması barədə qərar verdi. Belə bir qərar qəbul etməklə uzaqgörən sərkərdə Azərbaycanın ilk peşəkar, vahid rəhbərliyə tabe olan Milli Ordusunun əsasını qoydu. Ulu Öndərin rəhbərliyi ilə Milli Müdafiə Komitəsinin statusu, strukturu, təşkili haqqında qanunvericilik bazası yaradıldı. Fəaliyyət istiqamətləri müəyyənləşdirildi və Naxçıvandakı sovet hərbi hissələrinin milliləşdirilməsi prosesinə başlanıldı. Bu proses çox çətin şəraitdə başlasa da, incə siyasətlə və böyük məharətlə həyata keçirilirdi. Şəraiti çətinləşdirən amillərdən biri də bu idi ki, o zaman respublikaya rəhbərlik edənlər ölkənin maraqlarını qorumağa qadir deyildilər. Buna görə də Ulu Öndər Naxçıvanda bütün Azərbaycanın mənafelərini qorumaq üçün müstəqil qərarlar qəbul etmək məcburiyyətində idi. O vaxt qəbul edilmiş həmin müstəqil qərarlar sonralar müstəqillik tariximizin şanlı səhifələri kimi qürur mənbəyinə çevrildi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Naxçıvan ərazisində yerləşən hərbi hissələrin texnika və hərbi əmlakı heç bir şərt qoyulmadan xalqımızın ixtiyarına verildi. Beləliklə, sovet sərhədçiləri Naxçıvandan yola salındı.
İlk andiçmə mərasimi
1992-ci il oktyabr ayının 18-də Naxçıvan Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi. Bu andiçmə Azərbaycan Respublikasının milli sərhədçilərinin ilk andiçmə mərasimi idi. Andiçmə mərasimində iştirak edən Heydər Əliyev sərhədçiləri təbrik edərək, bu sözləri dedi: “Siz müstəqil Azərbaycanın sərhədlərinin toxunulmazlığını, respublikamızın ərazi bütövlüyünü təmin edən sərhəd qoşunlarının sıralarında xidmət etməyə başlayırsınız. Siz indi müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etmək andı içdiniz. Bu and müqəddəs anddır. Azərbaycan xalqının son 70 ildə xidmətə gedən oğulları daim sovet ordusuna, sovet dövlətinə sədaqətlə xidmət edəcəklərinə and içərdilər. Bu, o dövrün xarakterik cəhəti idi. İndi isə bizim üçün ən şərəfli, ən xoşbəxt an ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət olub, Azərbaycan xalqı öz milli azadlığına nail olub və indi müstəqil dövlətin atributlarını yaratmaqla məşğuldur. Bu baxımdan, ən mühüm sahə olan Sərhəd Qoşunlarının yaradılması prosesi gedir”.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan Ulu Öndərin milli sərhəd siyasətini uğurla davam etdirir. Ölkə başçısı sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısı ilə əhatə edir. İlham Əliyevin ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri DSX-nın inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürüdür.
DSX-nin “qara qüvvə”lərlə mübarizəsi...
Beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı DSX-nin qazandığı uğurlar özünəməxsus rol oynayır. Həmçinin qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparılması, ölkəmizdə daxili sabitliyin qorunması kimi vacib vəzifələrin öhdəsindən şərəflə gəlməklə Sərhəd Qoşunları şərəfli bir vəzifəni yerinə yetirir. Dövlət sərhədçiləri Azərbaycanı stabil ölkə kimi görmək istəməyən “qara qüvvə”lərlə mübarizədə daim ön cəbhədə yer alır...
Sərhədçilərimiz Vətən müharibəsində
İkinci Qarabağ müharibəsində də DSX-nin Sərhəd Qoşunları xüsusi qəhrəmanlıq göstərib. DSX bölmələri müharibənin ilk günlərindən döyüşlərə qatılıb, Xudafərin körpüsünü və Zəngilanın Ağbənd qəsəbəsini düşmən işğalından azad edib.
Azərbaycan sərhədçiləri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azad olunmasında da qəhrəmanlıqlar göstəriblər.
Müharibənin ilk günü 105 km ərazi sərhədçilərimiz tərəfindən azad edilib. Qazanılmış Zəfər sayəsində 132 kilometrlik Azərbaycan-İran sərhədi Silahlı Qüvvələrimizin nəzarətinə keçib.
Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək döyüş hazırlığına malik Dövlət Sərhəd Xidməti mövcuddur. Azərbaycanın müqəddəs sərhədləri etibarlı və inamlı əllərdədir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

