Ermənistanda etiraz aksiyaları davam edir
13.03.2018 [09:54]
Hakimiyyətdə olan hərbi xuntanın həyata keçirdiyi siyasət nəticəsində iqtidarla müxalifət arasında ziddiyyətlər daha da artıb
İşğalçı Ermənistanın düçar olduğu ağır vəziyyətin kökündə hakimiyyətdə olan hərbi xuntanın istinad etdiyi daxili və xarici siyasət kursu durur. Bir çox ekspertlər Ermənistan daxilindəki dərin kataklizmləri işğalçı ölkənin iqtisadi tənəzzülü ilə əlaqələndirirlər. Dərin iqtisadi böhranın səbəbi qismində isə bu ölkənin həyata keçirdiyi təcavüzkar, işğalçı xarici siyasət kursu göstərilir. Belə ki, İrəvanın reallaşdırdığı aqressiv, təcavüzkar xarici siyasət bu ölkəni regional miqyasda təcrid durumuna düşürüb. Bunun fonunda isə heç bir regional layihədə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb.
Serj Sarkisyana qarşı etirazlar güclənir: proqnozlar pessimistdir
İşğalçı ölkədə iqtisadi tənəzzül siyasi xaosu şərtləndirib. Vətəndaşlarla hakimiyyət arasındakı uçurum özünü daha çox ictimai-siyasi gərginlikdə, xüsusilə də etiraz aksiyalarında göstərir. Eyni zamanda, Sarkisyan hakimiyyətinin uzurpasiya siyasəti hakimiyyətlə müxalifət arasında ziddiyyətlərin artmasını şərtləndirib. Müxalif qüvvələr, eləcə də ictimai və siyasi fəallar hakimiyyətə qarşı müxtəlif formalarda öz etirazlarını bildirməkdədirlər. Yeri gəlmişkən, “Ermənistan naminə” cəbhəsinin İrəvanda keçirdiyi mitinqin iştirakçıları Serj Sarkisyanı hakimiyyətdən əl çəkməyə çağırıblar. “Biz heç bir halda Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə imkan verməyəcəyik. Bu ölkə onun rəhbərlik etdiyi cinayətkar qruplaşmadan kifayət qədər zərbə alıb. Bunun qarşısını almalıyıq”, - deyə vurğulayan “İrs” partiyasının sədri Armen Martirosyan bildirib ki, aksiya Serj Sarkisyanın baş nazir olmaq iddiasına qarşı yönəlib. Bildirilib ki, əgər aprelin 9-dan sonra “Respublika” partiyası Serj Sarkisyanın namizədliyini irəli sürərsə, bu, ölkədə ciddi etiraz dalğası yaradacaq. “Çıxış” blokunun parlament fraksiyasının üzvü Ararat Mirzoyan və hüquq müdafiəçisi Artur Sakunts isə hökuməti sərt tənqid ediblər. Bildirilib ki, Ermənistanda pul ehtiyatları tükənib, xarici borclar artıb, ümumidaxili məhsul istehsalı dəfələrlə aşağı düşüb, işsizlik isə pik həddədir.
Ermənistanı qarşıdakı dövrdə ciddi siyasi kataklizmlər gözləyir
Bütün bunlar Ermənistanın yeni siyasi kataklizmlərə sürükləndiyini göstərir. İşğalçı siyasətini davam etdirən bu ölkədə qarşıdakı dövrdə siyasi-iqtisadi böhranın dərinləşəcəyinə, xarici siyasətdə silsilə uğursuzluqların artacağına dair yekun qənaət ifadə etmək heç də çətin deyil. Bundan başqa, ölkəni beynəlxalq arenada qarşıdakı dövrdə digər ciddi problemlərin gözlədiyi proqnozlaşdırılır.
Digər tərəfdən, Ermənistanın hazırkı durumundan narazı olan vətəndaşların perspektivə dair heç bir ümidləri yoxdur. Siyasi ekspertlər əminliklə qeyd edirlər ki, Ermənistanı qarşıdakı dövrdə ciddi siyasi kataklizmlər gözləyir. Nəticə etibarilə, Ermənistanın timsalında aşkar olan reallıq budur ki, hazırkı şəraitdə bütün yollar işğalçı ölkəni iflasa aparır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57

