/ / Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında inşa olunmuş yeraltı avtomobil dayanacağının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında inşa olunmuş yeraltı avtomobil dayanacağının açılışında iştirak edib
26.07.2013 [09:25]
İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında inşa olunmuş yeraltı avtomobil dayanacağının açılışında iştirak edib.
Son dövrlərdə Bakıda yaradılan yeraltı avtomobil dayanacaqları da paytaxtda tıxacların qarşısının alınması, avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək baxımından mühüm rola malikdir. Belə dayanacaqların yaradılması ilə yanaşı, yeraltı piyada keçidlərinin inşası da yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində atılan addımların nəticəsidir.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına yeraltı avtomobil dayanacağının texniki göstəriciləri barədə məlumat verib.
Bildirilib ki, yeraltı dayanacaq 4500 avtomobil tutumuna, bundan əlavə 37 avtomobil tutumu olan xüsusi bölməyə malikdir. Burada, həmçinin avtoyuma məntəqələri də fəaliyyət göstərəcək. Dayanacaq üçmərtəbəlidir və ümumi sahəsi 21 hektardır. Mərtəbələrdən ikisi avtomobil dayanacağı, biri isə texniki mərtəbədir. Texniki mərtəbədə digər qurğularla yanaşı, 1200 kubmetr tutumu olan 8 su hovuzu da yerləşir. Yeraltı dayanacaq müasir avadanlıq və sistemlərlə təchiz edilib. Burada ən müasir havalandırma, yanğından mühafizə və təhlükəsizlik sistemləri quraşdırılıb. Təhlükəsizliyin və nəzarətin tam təmin edilməsi məqsədilə dayanacaqda 270-ə yaxın kamera qoyulub. Bundan əlavə, çıxışlar 700 dərəcəyə dözən şüşəbəndlərlə bağlanıb. Burada 5 giriş-çıxış mövcuddur. Şəmsi Bədəlbəyli küçəsi yeraltı dayanacağın üzərindən keçdiyindən bu hissə körpü prinsipi ilə inşa edilib.
Prezident İlham Əliyev yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksini gəzib.
Məlumat verilib ki, yeraltı avtodayanacaqda 14 lift quraşdırılıb. Parkın ətrafında 7 yeraltı keçid inşa edilib və 24 eskalatorla təchiz olunub. Əlillər üçün 8 lift-eskalator fəaliyyət göstərir. Beləliklə, 7 hektar sahəsi olan bu kompleks indi paytaxt sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından birinə çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

