Yeni biznes qiymətləndirməsi
02.10.2024 [11:20]
Dünya Bankı “Business Ready” hesabatını açıqlayacaq
Dünya Bankının (DB) oktyabr ayında ənənəvi “Doing Business” hesabatının əvəzində daha təkmil və yeni meyarlara əsaslanan “Business Ready” (B-Ready) hesabatının dərc olunması nəzərdə tutulur. Yeni layihədə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın biznes sektoruna birbaşa və dolayısı ilə aidiyyəti olan sahələrin, xüsusilə də vergi, gömrük, ticarət, maliyyə, biznes mühiti və s. indikatorlar üzrə qiymətləndirmələr əsasında yekun rəy veriləcək. DB-nin yeni metodologiyasına əsasən, həmin ölkələrin beynəlxalq biznes mövqeyi müəyyənləşəcək.
“Doing Business”də islahatçı ölkə...
Azərbaycan neçə illərdir ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində biznes sahəsində islahatları davam etdirir, DB-nin təklif və tövsiyələri əsasında biznes mühitinin yaxşılaşdırılmasına təsir edən sahələr üzrə qabaqcıl təcrübələri tətbiq edir. Bu islahatların mühüm nəticələrindən biri kimi, Azərbaycan “Doing Business” hesabatlarında son illərdə ən yaxşı islahatçı ölkələr sırasında yer alıb. Ölkəmiz “Biznesə başlama”, “Mülkiyyətin qeydiyyatı”, “İnvestorların hüquqlarının müdafiəsi”, “Vergilərin ödənişi” indeksləri üzrə ən mütərəqqi islahatlar həyata keçirib. 2018-ci ildən sonra vergi islahatları hesabatda Azərbaycanın bir neçə indeks üzrə irəliləməsində xüsusi rol oynayıb. Belə ki, “Doing Business 2020” hesabatında birbaşa vergi məsələləri ilə bağlı olan “Biznesə başlama” və “Vergilərin ödənişi” indeksləri üzrə Azərbaycan ilk 10 ölkə qrupunda yer alıb. Respublikamız “Biznesə başlama” üzrə dünya sıralamasında 9-cu yerdə, “Vergilərin ödənilməsi” indikatoru üzrə 28-ci yerdə qərarlaşıb.
“Biznesə daxilolma” adlı işçi qrupu tərəfindən görülən işlər...
Qeyd edilən nailiyyətlər Azərbaycanın “Doing Business” hesabatında biznes islahatları üzrə apardığı işlərin nəticəsidir. İndi isə Dünya Bankı biznes qiymətləndirməsini tamamilə yeni meyarlar və daha dərin alt-indekslər üzrə həyata keçirdiyindən Azərbaycanın da üzərinə bir sıra vəzifələr düşür. “Doing Business”i əvəz edəcək “Business Ready” hesabatı investisiya və biznes mühitinin qiymətləndirilməsinə daha şəffaf və balanslaşdırılmış yanaşmanı təmin edəcək. Yeni hesabat biznesə başlamaq üçün əsas institusional amilləri, vergi yükü və vergi dərəcələri, biznesin fəaliyyətində vergiqoymanın təsirləri, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, bazar rəqabəti, mübahisələrin həlli kimi əsas alt-indekslər ölçüləcək. Bu reallıqlar nəzərə alınaraq müasir çağırışlar fonunda ötən dövr ərzində “Əlverişli biznes mühiti” adlı yeni layihə çərçivəsində islahatları və iqtisadi təşəbbüsləri davam etdirilib.
“Biznesə daxilolma” adlı işçi qrupu tərəfindən biznesin qeydiyyatının bütün sahələrdə daha da asanlaşdırılması, xüsusilə də xarici hüquqi şəxslərin ölkəmizdə qeydiyyatdan keçirilməsi proseslərinin səmərəliliyinin təmin edilməsi, paralel olaraq onların təhlükəsizliyinin təmin edilməsi, biznes sektorunun sosial maraqlarının qorunması, kommunal xidmətlər, işçi qüvvəsi, biznes mübahisələri və s. sahələrdə sadələşdirilmiş prosedurların hazırlanması nəzərdə tutulur. Həmçinin müəssisələrin fəaliyyətinin çevikliyinin təmin olunması və sosial maraqlarının qorunması, xarici mənşəli beynəlxalq sənədlərin informasiya sistemlərində elektron rəsmiləşdirilməsinin asanlaşdırılması və “Elektron notariat” informasiya sisteminin tətbiqi, digər elektron infrastrukturların çevikliyinin artırılması islahat təşəbbüsləri sırasında yer alır.
Rəqabət Məcəlləsi biznes mühiti üçün yeni imkanlar açır
DB-nin tövsiyələrinə uyğun olaraq, son bir Rəqabət Məcəlləsi biznes mühiti üçün yeni imkanlar açır ildə ölkədə biznesin fəaliyyətinin genişlənməsi və azad rəqabətin təmin edilməsi istiqamətində də mühüm addımlar atılıb. 2024-cü il iyulun 1-dən qüvvəyə minən Rəqabət Məcəlləsi azad bazar institutlarının fəaliyyətinə nəzarətlə bağlı müddəaları özündə əks etdirir. Sənəddə rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması hallarına qarşı mübarizə, rəqabəti məhdudlaşdıran müqavilələrə dair tələblər, təsərrüfat subyektlərinin bazar payı, haqsız rəqabət, iqtisadi təmərküzləşmələr, dövlət orqanları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi və təbii inhisarların fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı müddəalar öz əksini tapıb.
Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını təşviq edir.
Məcəllə əsas etibarilə kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələrin ortadan qaldırılmasına xidmət edir. İlk növbədə biznesin maraqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli detallar öz əksini tapıb ki, bura ədalətli rəqabət mühitinin təmin olunması, inhisarçılığa qarşı təsirli mübarizə mexanizmlərinin tətbiqi, haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı hədəflər daxildir.
Bütün bu meyarlar və digər indikatorlar üzrə görülmüş işlər yeni dərc ediləcək “Business Ready” hesabatında Azərbaycanın islahatçı ölkələr qrupunda qalmasına zəmin yaradır.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39

