Son illərdə Azərbaycan və İran arasında əlaqələr yeni mərhələyə qədəm qoyub
14.03.2018 [10:13]
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasında səfərdədir.
Səfərin ilk günü nazir Şahin Mustafayev İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın inkişaf etdiyini, əlaqələrin genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini və birgə səylərini vurğulayıb. Bildirilib ki, son illərdə ölkələrimiz arasında əlaqələr yeni mərhələyə qədəm qoyub. Son 4 ildə Azərbaycan və İran dövlət başçılarının 10 görüşü keçirilib,100-dən çox qarşılıqlı səfər həyata keçirilib, 40-dan artıq sənəd imzalanıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası intensiv iş aparır.
Ticarət, sənaye, nəqliyyat-tranzit, maliyyə, səhiyyə və digər sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16 faiz artıb. İran Azərbaycana 3,1 milyard ABŞ dolları investisiya yatırıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib. Azərbaycan və İranın birgə iştirakı ilə ölkəmizdə reallaşdırılan avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir, Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə işlər davam edir. Energetika sahəsində “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad” hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti kimi layihələr həyata keçirilib, İrana elektrik satışına dair Çərçivə Sazişi imzalanıb.
Nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi baxımından Astara, Culfa və Biləsuvar sərhəd keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyətini qeyd edib.
İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian qeyd edib ki, müstəqil Azərbaycan ilə İranın əlaqələri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdən başlayıb və Heydər Əliyevin o dövrdə İrana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafının əsasını yaradıb. Qeyd olunub ki, son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm işlər görülüb, bir sıra qarşılıqlı səfərlər və görüşlər keçirilib. Məsud Kərbasian Azərbaycan nümayəndə heyətinin İrana növbəti səfərinin də əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb, sərhəd-keçid məntəqələrində iş rejiminin uzadılmasına, kənd təsərrüfatı, maliyyə və bank, səhiyyə sahələrində əməkdaşlığa dair fikirlərini diqqətə çatdırıb. İranlı nazir Qəzvin-Rəşt dəmir yolu xəttinin önəmini qeyd edərək, dəmir yolunun yaxın zamanlarda istifadəyə veriləcəyini bildirib.
Qeyd edək ki, görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

