/ / Statistika Komitəsində Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərinə dair tematik seminar keçirilir
Statistika Komitəsində Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərinə dair tematik seminar keçirilir
27.09.2018 [09:22]
Sentyabrın 26-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə “Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi məqsədilə keyfiyyətli məlumatların hazırlanması istiqamətində hökumətin imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində seminar öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tematik seminarda Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun nümayəndələri də iştirak edir.
Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov bildirib ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli, regional və qlobal səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksək keyfiyyətli məlumatların təmin edilməsi baxımından BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında təsdiq edilmiş qlobal göstəricilər sistemi böyük əhəmiyyətə malikdir. Eyni zamanda, yeni vəzifələr baxımından statistik məlumat istehsalçıları üçün çox ciddi çağırışdır: “Bu göstəricilərə dair məlumatların kəmiyyət və keyfiyyətinin qlobal gündəliyin tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə statistika potensialının gücləndirilməsi üçün resurslar səfərbər edilməli və səylər əlaqələndirilməlidir. Bu, beynəlxalq təcrübə mübadiləsinin aparılması və həyata keçirilən təşəbbüslərin dəyərləndirilməsini ön plana çəkir. Bu mənada Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının monitorinqinin təşkili sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi baxımından BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə ərsəyə gələn bu seminar vacib əhəmiyyətə malikdir”.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak deyib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin uğurlu icrasında mühüm amillərdən biri məlumatların toplanılması, hədəflərin monitorinqi və irəliləyişin ölçülməsi sahəsində yeni, kəsərli üsulların tətbiqdir. FAO nəticə və maneələrin monitorinqi və hesabatlığını təkmilləşdirmək məqsədilə ölkələrin statistik potensialının artırılmasına dəstək göstərir.
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev isə seminarın keçirilməsinin olduqca aktual olduğunu qeyd edərək FAO-nun mandatına uyğun Dayanıqlı İnkişaf Məqsədləri göstəriciləri üzrə məlumatların dövlət qurumları ilə birgə hazırlanmasının vacibliyini diqqətə çatdırıb.
Seminar Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının beynəlxalq ekspertləri Georgi Kvinikadze və Zaza Çelidzenin FAO-nun Dayanıqlı İnkişaf Məqsədlərinin regional və milli səviyyədə monitorinqi və həyata keçirilməsində rolu, FAO-nun himayəsi altında olan 21 göstəricinin hər birinin metodologiyası, göstəricilərin işlənib hazırlanmasında lazım olan məlumatlar və onların əldə edilməsində ölkə tərəfindən atılacaq addımlar, eyni zamanda, həmin göstəricilərin işlənib hazırlanması prosedurları və bu proseduralar daxilində FAO ilə qarşılıqlı əlaqələrin yaradılması mövzularını əhatə edən təqdimatları ilə davam edib.
Üç gün davam edəcək tədbirdə əhalinin ərzaq təhlükəsizliyi, qida itkiləri, kənd təsərrüfatı sahəsində məhsul istehsalı ilə məşğul olan müəssisələrin məhsuldarlığı, kənd təsərrüfatı və ərzaq istehsalı üçün nəzərdə tutulan bitki və heyvan mənşəli genetik ehtiyatları, dayanıqlı inkişaf baxımından kənd təsərrüfatına yararlı torpaqlar, ərzaq bazarında qiymət anomaliyaları, sudan istifadə səmərəliliyinin dəyişməsi, su ehtiyatlarına düşən yükün səviyyəsi, bioloji dayanıqlı həddə olan balıq ehtiyatları, ekoloji cəhətdən rasional balıqçılıq, habelə meşə təsərrüfatının dayanıqlı idarəedilməsi sahəsində monitorinq və qiymətləndirmənin aparılması üçün mövcud göstəricilər üzrə reprezentativ məlumat istehsalı və mübadiləsinin bütün mərhələlərinə toxunulacaq.
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

